Elman Əsədullayev
Doğum tarixi: (08.10.1953)
Vəfat tarixi: (26.04.2017)
Elman Höcət oğlu Əsədullayev (Elman Höcətoğlu) Bakıda anadan olub. Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsini bitirib (1979). 1981-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyində inzibatçı vəzifəsində əmək fəaliyyətinə başlayıb. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsert şöbəsinin müdiri vəzifəsində çalışıb (1987-1992). 1992-ci ildə “Qala-film” kino şirkətini təsis edib. Rusiya istehsalı olan “Qraf Krestofski” (2004, rejissor Ramiz Fətəliyev) və “Sui-qəsd” (2004, rejissor Vadim Ostrovski) seriallarında icraçı prodüser kimi çalışıb. Elman Əsədullayev 2017-ci ildə vəfat edib.
---
Prodüser Elman Əsədullayev prodüser Vaqif Əsədullayevin qardaşı olub.
===
Filmoqrafiya:
Dostuma məktub (1992, tammetrajlı sənədli film) – prodüser
Bir anın həqiqəti (2003, bədii serial) – təşkilati işlər üzrə koordinator
Hökmdarın taleyi (2008, tammetrajlı bədii film) – icraçı prodüser
Hüdudsuz təhsil (2009, qısametrajlı sənədli televiziya filmi) – icraçı prodüser
Qarabağdır Azərbaycan (2009, qısametrajlı bədii film) – icraçı prodüser
Birinci şəxs (2010, qısametrajlı sənədli televiziya filmi) – icraçı prodüser
Yaddaş (II) (2010, tammetrajlı bədii film) – icraçı prodüser
===



0 Yorumlar