Mərziyyə Məmmədova vaxtilə işlədiyi Elmi Tədqiqat Tibbi Bərpa İnstitutuna qarşı iddia qaldıraraq, heç bir hüquqi əsas olmadan Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxarılmasını iddia edərək məhkəməyə müraciət etmişdir.
Onu da bildiririk ki, Mərziyyə Məmmədovanın ərizəsi əsasında Dövlət Əmək Müfəttişliyi Xidmətinin apardığı araşdırmanın nəticəsi olaraq Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun keçmiş direktoru barədə protokol tərtib edilmiş və cərimə yazılmışdır.
İnformasiya üçün qeyd edək ki, Mərziyyə Məmmədova VHMD – “Müstəqil Həmkarlar Birliyi”nin ekspertidir. Son bir neçə ayda Müstəqil Həmkarlar Birliyinin üzvləri tərəfindən bu artıq üçüncü məhkəmə prosesidir ki, tək özlərinin yox, ümumən əmək qanunvericiliyi ilə bağlı mübahisələrdə aktiv iştirak edirlər.
Belə ki, Müstəqil Həmkarlar Birliyinin sədr müavini Əhməd Rəhmanov “Azəriqaz” İB-də olan əmək pozuntuları ilə bağlı məhkəmədə qalib gəlib. Zabrat Sağlamlıq Mərkəzinin keçmiş həkimi Ülkər Nəzirovanın isə qəsəbə və kənd yerlərində olan həkimlərin əmək haqqına edilməli əlavələrin verilməməsi ilə bağlı məhkəmə çəkişməsi hələ də davam etməkdədir.
Müstəqil Həmkarlar Birliyinin mətbuat xidməti
Bakı, 27 aprel 2026-cı il




0 Yorumlar