Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının və Azərbaycan Ordusunun həyatında özünəməxsus xüsusi xidmətləri olmuş, yüksək peşəkarlığı, qayğıkeşliyi, səmərəli fəaliyyəti, işgüzarlığı, vətənpərvərliyi, sadəliyi, böyük idarəçilik və təşkilatçılıq bacarığı ilə seçilən, unudulmaz və xatirələrdə yaşayacaq, mərhum polkovnik- leytenat Həsənov Eldar Valeh oğlu əgər yaşasaydı aprel ayının 20-də 79 yaşı olacaqdı .
Xatırladaq ki, Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı olmuş, polkovnik-leytenant Həsənov Eldar Valeh oğlu 1947 -ci ilin aprel ayının 20- də Kəlbəcər rayonun Seyidlər kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur.2025-ci ilin sentyabr ayının 17-də Gəncə şəhərində vəfat edib, Goronboy rayonun Veyisli kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, polkovnik -leytenat Eldar Həsənov 1966 -ci ildə Kəlbəcər rayonun Seyidlər kənd orta məktəbin 8 -ci siniflini, 1968- ci ildə Kəlbəcər rayonun Qılınclı kənd orta məktəbin 10- cu sinifini,1972- ci ildə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Vladiqafqaz (kecmiş Orconikidze) Ali hərbi komandirlər məktəbini,1979- ci ildə isə SSRİ DİN-in Daxili Qoşunlarının Daşkənd şəhərində yerləşən ali hərbi məktəbində zabitlərin ixtisas artırma kursnu bitirmişdir
Polkovnik -leytenat Eldar Həsənov 1968- 1970 -ci ilərdə SSRİ DİN-in Daxili Qoşunların Moskva şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
1972 — 1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Arxangelsk vilayətində Kiyev şəhərində yerləşən hərbi hissələrində taqım komandiri, bölük komandirinin müavini, bölük komandiri, tabor komandirinin müavini - tabor qərargahının rəisi və tabor komandiri vəzifəsində olmuşdur.
Polkovnik- leytenant Eldar Həsənov 1992 -1993-cü illərdə Azərbaycan ordusunun tərkibində Kəlbəcər özünü müdafə taborun komandiri və Azərbaycan ordusunun döyüş bölgələrində yerləşən hərbi hissənin qərargah rəisi vəzifəsində calışmışdır.
E.Həsənov 1994-1995- ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bas İdarəsinin Binəqədi rayonunda yerləşən hərbi hissəində hərbi hissə komandirinin birinci müavini, hərbi hissə komandiri əvəzi, Daxili Qoşunların Bas İdarəsinin döyüş hazırlığı idarəsində isə zabitlərin hazırlığı üzrə baş zabit vəzifələrində xidmət etmişdir
Polkovnik- leytenant Həsənov Eldar Valeh oğlu Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xudməti nizamnamələrinin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər və veteranlar üçün nümunə olmuşdur.
Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı olmuş, xatirələrdə yaşayacaq polkovnik- leytenant Eldar Həsənov ömrünün ən məhsuldar dövrünün 28- ildən cox şərəfli xidmət yolunu hərbi xidmətdə kecirərək Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
Eldar Valeh oğlu Həsənov Azərbaycan ordusunda və DİN-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində ona həvalə edilmiş vəzifələrin və tapşırıqları layqınca yernə yetirmişdir.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşrıqların yerinə yetirilməsində, şəhərdə ,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, qəzalar , bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində,Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Həsənov Eldar Valeh oğlu Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin döy hazırlığı idarəsində xidmət edərkən, Daxili Qoşunların Bas İdarəsində zabitlərlə, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçularla komandir hazırlığı məşğələlərin, hərbi hissə komandiri və onların müavinləri ilə hərbi hissələrin döyüş hazırlığı bölmələrinin rəisləri və zabitləri ilə, hərbi hissələrin idman və fiziki hazırlıq rəisləri ilə, böluk komandirləri ilə ilkin leytenant rütbəsi almış gənc zabitlərlə və hərbi hissələrin tədris mərkəzinin (poliqon) rəisləri ilə metodiki təlim- toplanışlarının və nümnəvi məşğələlərin keçirilməsində üzərinə düşən tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Həsənov Eldar Valeh oğlu DİN-in Daxili Qoşunlarında və Azərbaycan Ordusunda səmərəli fəaliyyətinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərinə görə SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin və onların müavinlərinin, Müdafiə Nazirinin, Daxili Qoşunlar komandanın və onun müavinlərinin, hərbi məktəb rəisunin, korpus, diviziya və hərbi hissə komdirlərinin müvafiq əmrləri ilə Daxili İşlər Orqanlarında və Daxili Qoşunlarda əla xidmətlərə görə əlacı və yubiley döş nisanları ilə, dəfələrlə diplomlarla, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlmış, ona təşəkkür elan edilmiş və aşağıdakı medallarla təltif ovunmuşdur:
1.“Azərbaycan Respubilkası Silahlı Qüvvələri Veteranı” medalı ilə;
2.“Qüsursuz xudmətlərə görə” 1 -ci dərəcəli medal- Silahlı Qüvəllərdə 20 təqvim il xidmətə görə;
3.“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim il xidmətə görə;
4.“Qüsursuz xidmətlərə görə” 3 -cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim il xidmətə görə;
5. “SSRİ Silahlı Qüvvələrinin yaranmasının 70 illiyi( 1918-1988)” yubiley medalı ilə;
6.“SSRİ Silahlı Qüvvələrinin 60-illiyi (1918-1978)” yubiley medalı ilə.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə polkovnik -leytenant Eldar Həsənov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərancamı ilə “Hərbi xidmətlərə görə” medal ilə təltif edilmişdir.
Allah rəhmət eləsin !
Azərbaycan Respubilkasının Silahlı qüvvələri və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev







0 Yorumlar