Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının həyatında tibb xidməti sahəsində özünəməxsus xüsusi xidmətləri olan, Vətənpərvər, yurdsevər, özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil, qayğıkeş, mehriban, xeyirxah, nüfuzlu, şaf əqidəli insan, əhatəsində olan insanların və həmkarlarının rəğbətini qazanan,Dövlətinə, Millətinə və Ali Baş Komandanına sadəqatli peşəkar və təcrübəli ali dərəcəli həkim istefada olan, tibb xidməti polkovniki Süleymanov Vaqif Qüdrət oğlunun mart ayının 13-də dünyaya göz açdığı xoş bir günüdür!..
Daxili İşlər Nazirliyinin (DİN) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitəliləri (həkimləri) çox hörmətli və dəyərli Vaqif Süleymanovudoğum günü münasibətilə ürəkdən təbrik edir, Allahdan ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, gözəllik, ailə səadəti, firavan həyat, çətin və şərəfli peşəsində uğurlar arzulayırıq!..
Tibb xidmət polkovniki Vaqif Süleymanov öz xidməti vəzifələrini və Daxili Qoşunların Baş İdarəsinin Tibb xidməti qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə daxili işlər orqanlarında və daxili qoşunlarda əla xidmətlərə görə döş və yubiley nişanları ilə tətif olunub, dəfələrlə fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb,ona təşəkkür elan edilib və bir sıra medallar ilə təltif edilib.
VAQİF HƏKİM DOĞUM GÜNÜNÜN MÜBARƏK OLSUN!
YÜZ YAŞA VƏ SAĞLAM YAŞA!
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı , peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev








0 Yorumlar