Daxili İşlər Orqanlarında və Daxili Qoşunlarda müxtəlif vəzifələrdə xidmət etmiş istefada olan gizir Elşən İsrafilovun mart ayının 12-də dünyaya göz açdığı xoş bir gündür.
Gizir İsrafilov Elşən Aydın oğlu 1965 ci ilin mart ayının 12 -də Göyçay şəhərində ziyalı ailədə anadan olub.
1980 -ci ildə Şəki şəhər 2 saylı orta məktəbi,1984- cı ildə Göyçay kənd təsərrüfatı texnikumunun mexanika fakültəsini, 2003-cü ildə isə Şəki şəhər Dövlət kollecinin sosial təminatın hüquq fakültəsini bitirib.
1984-1986-cı illərdə SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub.
1986-2003 -cü illərdə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Şəki şəhər mühafizə şöbəsində, 2004-2015- cı illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şəki şəhərində və Binəqədi rayonunda yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət edib. Hal -hazırda Xırdalan şəhərində özəl mühafizə xidmətində çalışır.
Elşən İsrafilov öz xidməti vəzifələrini, yerinə yetirərkən fəriqləndiyinə, xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə “Qüsursuz xidmətlərə görə” 3-cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin isə 90 illiyi (1918-2008)” yubileyi medalı ilə təltif olunub, döş nişanları ilə, fərmanlarla, diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür edilib.
Doğum günü münasibətilə Elşən İsrafilovu doğumları, əzizləri, yaxınları və iş yoldaşları ürəkdən təbrik edir,ona möhkəm cansağlığı və uzun ömür arzulayırlar.
Doğum Günün Mübarək Olsun Elşən!



0 Yorumlar