Müstəqil Həmkarlar Birliyinin
BƏYANATI
05 mart 2026-cı il tarixində İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasının Naxçıvan bölgəsi istiqamətində pilotsuz uçuş aparatlarının göndərilməsi nəticəsində mülki infrastruktur obyektlərinə zərər dəyməsi və insanların xəsarət alması ilə bağlı xəbərlər ciddi narahatlıq doğurur. Məlumatlara görə, pilotsuz uçuş aparatlarından biri Naxçıvan Beynəlxalq Hava Limanı ərazisinə düşmüş, digəri isə yaşayış məntəqəsinə yaxın əraziyə düşmüşdür. Bu hadisə nəticəsində mülki şəxslər xəsarət almışdır.
Müstəqil Həmkarlar Birliyi Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilən bu cür hərəkətləri qətiyyətlə pisləyir. Mülki infrastruktura və dinc əhaliyə qarşı yönəlmiş istənilən hücum beynəlxalq hüququn prinsiplərinə ziddir və regionda gərginliyin artmasına səbəb olur.
Biz Azərbaycan dövlətinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini bir daha vurğulayırıq. Eyni zamanda, bütün tərəfləri vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək addımlardan çəkinməyə, beynəlxalq hüquq normalarına və mehriban qonşuluq prinsiplərinə riayət etməyə çağırırıq.
Müstəqil Həmkarlar Birliyi Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirir və ölkəmizin təhlükəsizliyi, sabitliyi və ərazi bütövlüyünün qorunması istiqamətində atılan addımları dəstəklədiyini bildirir.



0 Yorumlar