Məlumat üçün bildirmək istəyirəm ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 90-cı maddəsinə əsasən fərdi yaşayış evlərinin tikintisi üçün məlumatlandırma icraatı tətbiq olunur. Bu prosesə görə vətəndaş əvvəlcə lisenziyalı layihə təşkilatına müraciət edərək evin memarlıq planını hazırlatmalıdır. Daha sonra həmin plan torpaq sənədlərinin surəti ilə birlikdə yerli icra hakimiyyətinə təqdim edilir.
İcra hakimiyyəti müəyyən olunmuş müddət ərzində müraciətə ya razılıq verməli, ya da imtina etməlidir. Əgər imtina verilərsə, vətəndaş göstərilən çatışmazlıqları aradan qaldıraraq yenidən müraciət edə bilər. Razılıq verildikdən sonra ev tikilir və tikinti başa çatdıqdan sonra çıxarış almaq mümkündür.
Lakin bəzi vətəndaşlar bu proseduru keçmədən evi tikirlər. Bu halda tikili özbaşına tikili sayılır. Əgər tikili tikinti norma və qaydalarına uyğundursa, məsələn:
qonşu sahələrlə məsafə normaları pozulmayıbsa,
mühafizə zonalarında yerləşmirsə,
digər hüquqi maneələr yoxdursa,
bu zaman vətəndaş məhkəmə qaydasında evə çıxarış almaq imkanına malik ola bilər.
Digər mühüm məsələ isə torpağın təyinatıdır. Əgər torpaq sahəsi yaşayış üçün deyil, məsələn kənd təsərrüfatı təyinatlıdırsa, bu halda əvvəlcə torpağın təyinatı dəyişdirilməlidir. Bu proses isə müvafiq qaydada dövlət orqanlarının qərarı ilə həyata keçirilir.
Torpağın təyinatı dəyişdirilmədən həmin sahədə tikilmiş ev üçün çıxarış almaq əksər hallarda mümkün olmur.
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musa
yev



0 Yorumlar