Azərbaycan Respublikası " Vətənpərvərlər" Maarifləndirmə ictimai birliyinin təşkilatçılığı, "Şərur İnşaat" MMC-nin qurucusu və rəhbəri İsfəndiyar Axundovun maliyyə dəstəyilə şəhid ailələti, qazilər və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri üçün iftar süfrəsi təşkil olunub. Bakıda, Hollywood restoranında təşkil edilən mərasimi "Vətənpərvərlər" Maarifləndirmə ictimai birliyinin sədri xanım Aynur İsayeva açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Birliyin həmtəsisçisi, I Vətən müharibəsinin iştirakçısı Çingiz Bayramov çıxış edərək iftar süfrəsində iştirak edənlərin hər birinə, xüsusən də, süfrənin açılması üçün maliyyə dəstəyi göstərmiş "Şərur İnşaat" MMC-nin qurucusu və rəhbəri İsfəndiyar Axundova "Vətənpərvərlər" Maarifləndirmə ictimai birliyinin fəalları adından təşəkkür etdi. Xanım Aynur İsayeva Xüsusi Diplomu xeyirxah insan İsfəndiyar Axundova təqdim etdi. İsfəndiyar müəllim öz çıxışında 2020-ci ilin sentyabr-noyabr aylarında Dövlət Başçısı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Qarabağda aparılan uğurlu döyüş əməliyyatlarından danışdı. Natiq bildirdi ki, 2023-cü il sentyabr ayının 19-20-də aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı isə digər ərazilər də düşmən tapdağından azad olundu. İsfəndiyar müəllim, bundan sonra da xeyriyyə tədbirlərində fəallıq göstərəcəyini bildirdi.
QHT sektorunun fəallarından olan Aynur Zülfüqarova, Bakı Təlim-Resurs Mərkəzinin rəhbəri Rauf Zeyni, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, jurnalist Şamil Sabiroğlu, Xətai rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, "Vətən" Mühafizə Xidmətinin rəisi Etibar Qasımov, Milli Məclisin deputatı Vüqar İsgəndərov, Milli Məclisin deputatı Ceyhun Məmmədovun köməkçisi Maqsud Əhmədzadə çıxış edərək qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar bütün müsəlmanları təbrik etdilər.
İncəsənət ustaları maraqlı bədii proqramla çıxış etdilər.
Axund Mirazad ağa iftar süfrəsinin qəbulu üçün Qurani -Kərimdən ayələr oxudu.
Şamil Ələkbərli, jurnalist.
Bakı şəhəri, 15.03.2026.




0 Yorumlar