Martın 8-dən 9-na keçən gecə ehtimal edilən ilk Qədr gecəsində inanc sahibi insanlar Təzəpir məscidində ibadətlərini yerinə yetirmək üçün bir araya gəliblər.


BMTV.İNFO PhotoStock.az-a istinadən xəbər verir ki, müqəddəs gecədə möminlər namaz qılır, Qurani-Kərim oxuyur, dualar edir və Allahdan bağışlanma diləyirlər.


İslam dünyasında ən fəzilətli və mübarək gecələrindən hesab olunan Qədr gecəsi Allahın kitabı Qurani-Kərimin nazil olmağa başladığı vaxt kimi qəbul edilir.


İslam inancına görə, ilk vəhy məhz bu gecə İslam peyğəmbəri Məhəmməd peyğəmbərə (s.) çatdırılıb.


Qurani-Kərim isə sonrakı illər ərzində - ümumilikdə 23 il müddətində hissə-hissə nazil olunaraq tamamlanıb.


Təzəpir məscidində baş tutan ehtimal edilən ilk Qədr gecəsindən fotoreportajı təqdim edirik: