2026-cı ilin mart ayının 7-də, saat 18: 00-dan başlayaraq, Azərbaycan Respublikasının müharibə veteranı, 1992-2007-ci illərdə Daxili Nazirliyi Daxili Qoşunlarının Əlibayramlı (indiki Şirvan) şəhərində və Hacıqabul rayonunda yerləşən hərbi hissələrdə müxtəlif vəzifələrdə Dövlətə və xalqa sədaqətlə xidmət etmiş, kapitan Məmmədova Xuraman Dadaş qızının həyat yoldaşının 40 mərasimi Şirvan şəhərində keçiriləcək

Mərasim saat 18:00-də başlayıb, 21:00-a qədər davam edəcək.  

Yada salaq ki, kapitan Məmmədova Xuraman Dadaş qızının həyat yoldaşı 2026-cı ilin yanvar ayının 29-da Şirvan şəhərində dünyasını dəyişib və Şirvan şəhər qəbirstanlığında torpağa tapşırılıb.

 Bir daha Daxili İşlər Nazirliyiinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (hərbi vəzifələri), Daxili Qoşunların Şirvan şəhərində və Hacıqabul rayonunda yerləşən hərbi hissələrin komandanlığı və şəxsi heyəti kapitan Məmmədova Xuraman Dadaş qızına həyat yoldaşının vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin, məkanı cənnət olsun.

Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev