İnsan üçün ən yaddaqalan günlərin başlıcası onun həyata gəldiyi gündür.Belə insanlardan biridə peşəkarlığı, vətənpərvərliyi, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti və səmərəli fəaliyyəti ilə seçilən, Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin maliyyə- plan şöbəsində şərəfli xidmət yolu keçmiş- ehtiyatda olan gizir Xəlilova Natəvan Bəyverdi qızıdır.Mart ayının 14- da onun 49 yaşı tamam olur.Daha doğrusu 50 illik yubiley günüdür.


Daim həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan,əhatəsində olan insanların hörmətini qazanan,dostlarına və yaxınlarına isti münasibətdə olan Natavan xanımı belə bir əlamətdar gün münasibətilə doğmaları , əzizləri və yaxınları təbrik edir və xoş arzularını bildirir.


Biz də Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, DİN-in Daxili Qoşunlarının hərbi vəzifələri və onun pərəstişkarları Natavan xanım Quliyevanı 50 illik yubiley günü münasibətilə səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu edirlər, Natavan xanım yaşınızın üstə gələn bu yeni yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

   

Yüksək nufuz sahibi olan, Daxili Qoşunların Baş İdarəsində xidmət etdiyi illər ərzində kollektivdə təvazökar,qayğıkeş və xeyirxah insan kimi tanınan 1-ci qrup əlil Xəlilova (Quliyeva) Natəvan Bəyverdi qızı 1976- ci ilin mart ayının 14- də Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub, Əslən Lənkəran şəhərindəndir.

 

Natəvan Xəlilova 1993 -cü ildə Bakı şəhər 265 nömrəli tam orta məktəbi, 1995-ci ildə isə Bakı şəhər Maliyyə İqtisad Texnikomu nu bitrib.  

    

Hər zaman həyatda layıqlı yer tutmağa canatmış, yüksək uğurlar qazanmış, vətənpərvər Natəvan Bəyverdi qızı Xəlilova 1996 - 2008 - ci illərdə DİN-in Daxili Qoşunların Baş İdarəsinin maliyyə və plan şöbəsində Dövlətə vətənə və xalqa sədaqətlə xidmət edib.Xəstəliyinə görə Daxili Qoşunların Baş İdarəsindən Silahlı Qüvvələrə ehtiyata buraxılıb.


Torpağına, xalqına bağlı gözəl xanım gizir Natəvan Xəlilova Daxili Qoşunların Baş İdarəsində xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbi qulluqcu kimi göstərmişdir.Natəvan xanım işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə, kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.


 Natəvan xanım öz xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən qoruxmaz,insanpərvər,səxavətli, əliaçıq, vəfalı və zəhmətkeş hərbi qulluqcu olub.


 Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, ictimaiyyət arasında öznəlayıq hörmət qazanmış Xəlilova Natəvan Bəyverdi qizı Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına,müvafiq nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmirlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə bir çox həmkarları və iş yoldaşları

 üçün nümunə olmuşdur.

  

 Xəlilova Natəvan Bəyverdi qızı öz xidməti vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə əlacı və yubiley döş nişanları ilə təltif olunub,dəfələrlə fəxri fərmanlarla,diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırılıb, ona təşəkkur elan edlib və aşağıdakı medallarla təltif edlib:


1.“Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;


2.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991 -2001)” yubiley medalı ilə; 


5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə.


NATƏVAN XANIM!

BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ...

UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR.


BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ İLDİ " DEYƏRSƏN...

 

BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ..XOŞBƏXT İLLƏRƏ.


Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev