Mart ayının 14-də Əfqanıstan və Azərbaycan Respublikasının müharibə veteranı və polis veteranı olmuş, uzun müddət Daxili İşlər Orqanlarında və Daxili Nazirliyi Daxili Qoşunların Baş İdarəsinində müxtəlif vəzifələrdə Dövlətə və xalqa sədaqətlə xidmət etmiş, unudulmaz və fədakar polis polkovnik – leytenantı Alsoinov Faiq Əlibala oğlunun 40 mərasimi keçiriləcək
Mərhum Faiq Alsoinovun ailəsinin verdiyi məlumata görə polis polkovnik-leytenantı Faıq Alsoinovun 40 mərasimi Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Masazır Mərasim Evində” keçiriləcək.
Mərasim saat 17:00-da başlayıb, 20:30-a qədər davam edəcək.
Yada salaq ki, unudulmaz və fədakar polis polkovnik- leytenantı Alsoinov Faiq Əlibala oğlu 1969-cu illin aprel ayının 19- da Gürcüstan Respublikasının Laqedexi rayonunun Uzuntala kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur. 2026-ci ilin fevral ayının 2-də saat 15.00 radələrində Abşeron rayonun Masazır qəsəbəsində 56 yaşında vəfat etmiş, fevral ayının 3-də Masazır qəsəbə qəbirstanlığında torpağa tapşırılmışdır.
Bir daha biz Daxili İşlər Nazirliyiinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (hərbi vəzifələri) polis polkovnik – leytenantı Faiq Alsoinovun vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk .
Allah rəhmət eləsin, məkanı cənnət olsun.
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev



0 Yorumlar