12 mart 1992 ci il ,
Unudulmaz bu tarix.
Müstəqillik nəğməsidir.
Daxili qoşunların
Yarandığı bu gün,
Azadlığın səsidir.
Bayramınız Mübarək!
Alovdan oddan keçən,
Günəş kimi sönməyən,
Haqq yolundan dönməyən,
Mərd oğullar mərd qızlar,
Bayramınız mübarək!
Təmənnasız,minnətsiz,
Vətənə xidmət edən,
Əzaba sinə gərən,
Mərd oğullar mərd qızlar,
Bayramınız Mübarək!
Daxili qoşunlarda
Dövlətçilik naminə,
Bayrağına and içən,
Mərd oğullar mərd qızlar,
Bayramınız mübarək!
Azərbaycan zabiti,
Azərbaycan əsgəri,
Döyüşdə tarix yazan,
Mərd oğullar mərd qızlar,
Bayramınız Mübarək!
Daxili Qoşunların
Məndə yazar əsgərı,
Dünyaya yaydım səsim,
Mərd oğullar mərd qızlar,
Bayramınız Müba
rək!
SARA GÖYÇƏLİ
ŞƏRİFOVA



0 Yorumlar