Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Binəqədi rayonunda yerləşən hərbi hissənin həyatında özünəməxsus xidmətləri olan,yüksək peşəkarlığı, öz zəkası, vətənpərvərliyi və daxili qoşunlarda səmərəli fəaliyyəti ilə seçilən, Azərbaycan Respublikasının nüharibə veteranı-istefada olan mayor Kazımov Zaur Lətif oğlu 1966- cı illin sentyabr ayının 9-da Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub.
Öz üzərində işləməyi,Vətənini xalqını, dövlətini sevməyi bacaran, zəhmətkeş, qayğıkeş və xeyirxah zabit -istefada olan mayor Kazımov Zaur Lətif oğlu 1983-cü ildə Bakı şəhərində orta məktəbi, 1987-ci ildə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Saratov Ali hərbi komandirlər məktəbini bitirib .O,Daxili Qoşunlularda xidmət etdiyi illər ərzində bir çox təlim -metodiki toplanışlarda, xüsusi -taktiki təlimlərdə, komanda -qərargah məşqlərində, müvafiq ixtisa artırma kurslarında, seminar və konfranslarda fəal iştirak edib.
Zaur Lətif oğlu Kazınov SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Saratov Ali komandirlər məktəbini bitirdikdən sonra 1987-1992-ci illərdə SSRİ Daxili Qoşunlarında müxtəlif vəzifələrdə olub.
1993-1997-ci illərdə Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən hərbi hissədə bölük komandiri və tabor komandirinin müavini -tabor qərargahının rəisi, vəzifəsində Vətənə , dövlətə, xalqa sədaqətlə xidmət edib. Ştatların ixtisarına görə Daxili Qoşunlardan ehtiyata buraxıldıqdan sonra mayor Zaur Kazımov “Maşın bazarı” adlanan ərazidə Mühafizə xidməti departamentinin rəisi vəzifəsində çalışır.
Z.Kazımov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib, döyüş əməliyyatları zamanı ona həvalə olunmuş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlib.Azərbaycan Respublikasının müharibə veteranıdır.
Öz xidməti, ictimai vəzifə borcunu və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları şərəflə yerinə yetirən, istefada olan mayor Zaur Kazımov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, dövlət əhəmiyyətli obyektlərin, inzibati binaların, hərbi şəhərciklərin və təchizat anbarların mühafizə olunmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,cinəyatğarlığa qarşı mübarizədə, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqaladə vəziyyət və komendant zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları Zaur Kazımov yerinə yetirərkən fərqləndiyinə, eləcə də hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin, diviziya və hərbi hissə komandlərinin müvafiq əmrləri ilə bir sıra medallarlar ilə, əla xidmətlərə görə əlacı, yubiley və idman dərəcəsi döş nişanları ilə , fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharubə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev










0 Yorumlar