Qasimov Faiq Qaçay oğlu 1974-cü il fevralın 10-da Zəngəzur mahalı Qubadlı rayonunun Qayalı kəndində anadan olmuşdur. 1991-ci ildə Qayalı kənd orta məktəbin bitirmişdir. Hərbi xidmətini1-ci Qarabağ müharibəsində Laçın və Qubadlı rayonunda Əliyar Əliyevin taborunda topçu kimi vuruşaraq keçirmişdir. Hərbi xidməti bitirdikdən sonra 1993-cü ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbinə daxil olub. 1995-ci ildən 2009-cu ilədək Naxçıvanda çalışmışdır. 2009-ci ildən 2012-ci ilədək Balakən rayonunda 'N' saylı hərbi hissədə xidmət etmişdir. Sonradan öz təkidi ilə Füzuli istiqamətinə göndərilmişdir. 2016-cı ilin aprel ayında 'Lələtəpə'uğrunda gedən döyüşlərdə fəal iştirak edən Qasımov Faiq Qaçay oğlu düşmənin çox sayda yüksək rütbəli hərbiçilərin məhv etdiyinə görə ölkə başçısı İlham Əliyev tərəfindən 'Azərbaycan Bayrağıı'ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin müxtəlif tarixli əmrləri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yaranmasının 10,90,95 və100 illiyi"yubleyi medalları və 3.2.1 dərəcəli "Qüsursuz xidmətinə görə"medalları "Hərbi xidmətdə fərqlənməyə görə "3-cü dərəcəli medalı, Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı "medalı ilə təltif edilmişdir.Faiq Qaçay oğlu Qasımov 2020-ci il sentyabrın 27-də "Ohanyan səddi "ni ilk yaran hərbçilərimizdən biri olub və rəhbərlik etdiyi qrupu ilə birgə Füzuli rayonu ərazisində düşmənin bir neçə post və səngərini dağıdaraq 300-ə yaxın düşmən əsgərini və zabitini məhv edərək qəhrəmancasına şəhid olmuşdur. Vətən müharibəsində şəhid olan ilk rütbəli hərbiçildir. Bakı şəhəri' 2-ci Fəxri Xiyaban "da dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə polkovnik-leytenant Qasımov Faiq Qaçay oğluna ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı "adı verilmiş,15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə də o"Vətən uğrunda ",25 dekabr 2020-ci il tarixli Sərəncamları ilə"Xocavənd və "Füzulinin azad olunmasına görə"medalları ilə təltif edilmişdir Qubadlı rayon Mahmudlu kənd tam orta məktəbinə şəhid Qasımov Faiq Qaçay oğlunun adı verilmişdir Ailəli idi İki övladı var Allah rəhmət etsin.