Zeynalov Azad Ağaverdi oğlu 11 mart 1967 ci ildə Neftçala rayonu Dördlər kəndində anadan olmuşdur. 1974-1984 cü ildə Astanlı kənd orta məktəbin bitirmişdir.1984 cü ildə Neft və Kimya institutuna daxil olmuşdur..1985-1987 ci illərdə Sovet ordu sıralarında Gürcüstan şəhərində hərbi xidmətdə tank üzrə sürücü mexanik kimi ixtisaslaşmışdır..Xidmətdən sonra təhsilin davam etdirərək mühəndis ixtisasına yiyələnmişdir. Bakı Neftayırma zavodunda əmək fəaliyyətinə başlayır Zeynalov Azad…Qarabağ torpaqlarına erməni təcavüzkarlarınln işgalçı hücümü torpaqların işgalı  və Ulu Öndər Heydər Əliyevin xalqa müraciətindən sonra Zeynalov Azad işlədiyi zavoddan Qarabağa döyüş bölgəsinə könüllü olaraq getmişdir...Ağdərə rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüşdür..1993 cü ildə fevral ayının 2 dən 3 nə keçən gecə ağlr döyüşdə yaralı yoldaşını xilas edərkən ağır yaralanır  və itkin düşür..Azadın itkin düşməsi ailəsini ata anadını çox sarsıdır. Aylarla ailənin apardığı axtarış heç bir nəticə vermir onun haqqında heç bir məlumat əldə olunmur..Ata ananın ovlad acısı, övlad itkisi hər iki valideynin illərlə xəstə olmağına və  vaxtsız həyatadan övlad acısı ilə köçməsinə səbəb olur..

 Zeynalov Azadın itkin düşməsinin 33 ili tamam olur 3 fevral…Amma bacıları və qardaşları Azadın  tapılacağı günü gözləyirlər…Bu ağır gündə itkin-şəhidin bacısı Zeynəb xanıma  acınız acımızdı deyirik..Kədərinizə şərik oluruq..Məqamı uca olsun…