Ailənin üç övladından biri, evin tək oğlu, iki bacının tək qardaşı olub.

Qisas əməliyyatı zamanı, 2022-ci il sentyabr ayının 12-dən 14-nə keçən gecə Kəlbəcər Cermuk istiqamətində qanlı döyüşlərdə, düşmənin hücumunun qarşısının alınmasında ilk dəfə  iştirak etdi və qəhrəmanlığını məhz həmin gün göstərdi. 


19 sentyabr 2023 ildə, Azərbaycan Ordusu lokal antiterror əməliyyatına başladı. Hərbiçi və əsgər yoldaşları ilə döyüşə qatıldı. Qarşıda ki, yüksəkliklər yaxşı silahlandırılmış düşmən separatçı qüvvələrinin əlində idi. Yüksəkliklər nəyin bahasınaolursa olsun alınmalıydı. Qızğın döyüşlər zamanı əsgər kimi yox, peşəkar döyüşçü kimi döyüşü.  Devidin döyüş yoldaşları, gecə döyüş səngiyən zaman, gəl yaranı sarıyaq, get xəstəxanaya müalicə al desələrdə, yoldaşlarını, komandir heyətini qoyub geriyə təxliyyə olunmasına qəti etiraz etmiş və "Torpaq bizimdir,biz alacağıq, ancaq irəli" demişdir.



19- dan 20- sinə keçən gecəni gözünü qırpmadan aldığı postu qoruyub və düşmənə verməyib. 20 sentyabr, Papravənd Agdərə istiqamətində düşmən mövqeyini ələ keçirərkən, düşmənin atdığı mərmilərdən bir neçəsi Devidin yaxınlığına düşür və hərbi xidmətini başa vurmağa 10 gün qalmış şəhidlik zirvəsinə yüksəlir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüşlər  zamanı göstərdiyi igidliyə görə Cəlilov Devid, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə şəhidlikdən  sonra "3-cü dərəcəli Vətənə xidmət" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunub.