Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının və Daxili İşlər Nazirliyin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin həyatında öz dəst-xətti və xüsusi xidmətləri olan, peşəkarlığı , humanistliyi, insanpərvərliyi, vətənpərvərliyi, yurdsevərliyi,iradi, mənəvi keyfiyyətləri, özünə və ətrafındakı insanlara qarşı diqqətciliyi, mehribanlığı, qayğıkeşliyi və xeyirxahlığı ilə seçilən, nüfuzlu, saf əqidəli insan, peşəkar hərbici və hüquqşunas, Azərbaycanın milli qəhrəmani- istefada olan polkovnik Sahil Məmnədovun fevral ayının 25 -də dünyaya göz acdığı xoş gündür.
Daimi həyatın bütün imtahanlarından alınıaçıq və üzüağ çıxan, əhətasəndə olan insanların və həmkarlarının rəğbətini qazanan,Dövlətinə, Millətinə və Ali Baş Komandanına sədaqətli gözəl insan, polis polkovniki Sahil Məmmədovu doğum günü münasibətilə doğmaları, əzizləri, yaxınları və döyüşçü yoldaşları təbrik edir.
Biz də Daxili İşlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, (hərbi vəzifəliləri) Sahil Məmmədovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və uzun ömür arzulayırlar.
Azərbaycanın milli qəhrəmani Məmmədov Sahil Əlamətdar oğlu 1964-cü ilin fevral ayının 25-də Qərbi Azərbaycanın Uluxanlı (Masis) rayonunun Yuxarı Necili (Nizami) kəndində sadə bir ailədə anadan olub
1981-ci ildə Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən 96 saylı orta məktəbi, 1987-ci ildə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının LKGİ-nin 60 illiyi adına Leninqrad şəhərindəki Ali Hərbi Siyasi məktəbi (indiki Rusiya Daxili İşlər Nazirliyi Daxili Qoşunların Sankt- Peterburq Hərbi İnstitutunu), Daxili İşlər Nazirliyinin Baş Pasport və Miqrasiya İdarəsində xidmət etdiyi illər ərzində isə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib .
S.Məmmədov 1982- 1983-cü ildə Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1987- 1991-ci illərdə Ukrayna Respublikasının Çerniqov, sonra isə Kiyev şəhərində yerləşən SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbi hissələrinin birində bölük komandirinin tərbiyəvi işləri üzrə müavini vəzifəsində çalışıb.
1992-ci il yanvarın 2-dən Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi (DIN-in) Daxili Qoşunların Baş İdarəsinin Binəqədi rayonunda yerləşən xüsusi motorlaşdırılmış polis (milis) alayında bölük komandirinin müavini kimi xidmətə başlayıb.O, milli ordumuzun yaradılmasını ürəkdən alqışlayaraq , bu müqəddəs amal uğrunda var qüvvəsini əsirgəməyib.Elə ilk günlərdən hərbi işdəki təcrübəsini nəzərə alaraq bölük komandiri kimi cəbhə bölgəsinə ezam olinan Sahil Məmmədov Zəngilan rayonunun Qazançı, Ağkənd, Dərəli kəndləri uğrunda gedən döyüşlərdə xidməti vəzifə borcunun və hərbi hissə (bölük) qarşısında qoyulmuş tapşırıqların öhdəsindən layiqincə gələrək, öz bölüyü ilə ermənilərlə sərhəd olan Zəngilan rayonunun Qazancı kəndinin etibarlı müdafiəsini təşkil etmişdir.
1992-ci illin iyun ayının 3-də Zəngilan rayonunun Qazançı kəndinin müdafiəsində dayanan Daxili Qoşunların Binəqədi rayonunda yerləşən hərbi hissənin hərbi qulluqçuları düşmənin hücumlarını dəf edərərək, əks-hücum əməliyyatı kecirmişlər. Bu qanlı və qətiyyətli döyüşdə Sahil Məmmədovun tabciliyində olan hərbi qulluqçular tərəfdən itkiyə yol verilməmişdir. Düşmənin isə 50-dən çox canlı qüvvəsi məhv olmuşdur.
Sahil Məmmədov bölük komandiri kimi Zəngilan rayonunun Qazançı kəndi uğrunda gedən döyüş əməliyyatlarında daimi irəlidə olaraq, tabeliyində olanlara şəxsi nümunə göstərmişdir. Bu vaxt Qazançı kəndi ara vermədən raket və top atəşinə tutulduğu mərmilərdən biri cəsur komandirin yanında partlayan zaman Sahil Məmmədov sağ qolundan və sağ ayağından çox ağır yaralanmışdı.Onu (mən Salman Musayev, feldşer baş gizir Fərman Cəfərov və bir necə hərbi qulluqçu) döyüş meydanından çıxarıb Bakıya – mərkəzi xəstəxanaya göndərmişdik. Müqqədəs Vətən torpağının hər qarşısını həyatından üstün tutub onun uğrunda hər an ölmə hazır olun Sahil Məmmədov sağ ayağını itirməsi olmuşdur.Polis polkovniki Sahil Məmmədov Azərbaycan Respublikasının 1-ci qrup müharibə əlilidir.
Xatırladaq kı, polkovnik Sahil Məmmədov 1994—cü ildən DİN-in Baş Pasport, Viza və Qeydiyyat İdarəsində baş inspektor vəzifəsində uzun müddət Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmana əsasən Daxili İşlər Nazirliyi Daxil Qoşunlarının Binəqədi rayonunda yerləşən hərbi hissənin bölük komandiri baş leytenant Məmmədov Sahil Ələmdar oğlu Vətənin ən ali hərbi mükafatı olan - “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Polkovnik Sahil Məmmədov Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında və DİN-in Baş pasport qeydiyyat və Miqrasiya İdarəsində xidmət etdiyi illər ərzində öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı xüsusi fəriqləndiyinə və digər xidmətlərinə görə Daxili İşlər Naziri və onun müavinlərinin,Daxili Qoşunlar Komandanın,Baş pasport və miqrasiya idarə rəisinin,Ali hərbi məktəb rəisinin, polis akademiya rəisinin,diviziya və hərbi hissə komandirinin müvafiq əmirləri ilə bir sıra (yubiley və qüsursuz xidmətlərə görə) medallarla,döş nişanları ilə,fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb.
Doğum günün mübarək olsun Sahil müəllim!
100 yaşa, sağlam yaşa!
Azərbaycanın Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə , peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev.



0 Yorumlar