Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi şəhər və Xocalı rayon şöbəsində ümumi şöbənin müdiri,ali peşəkar və təcrübəli zabit, xeyirxah, mehriban və qayğıkeş insan istefada olan baş- leytenant Azad Sadıqovun atası, Sadıqov Ələkbər Abul oğlunun 3/7 mərasimi 28 fevral Bakı şəhəri Xətai rayonu Aşıq Ələsgər küçəsi (Xətai 1 nömrəli cörək zavodu ilə üzbəüz və Şuşa marketin yaxınlığında) yerləşən “Xəybər mərasim evi”ində kecirlləçək.
Mərasim saat 11.00-dan 16.00 kimi davam edəcək.
Xatırladaq kı, Azadın atası Sadıqov Ələkbər Abul oğlu 30 oktyabr 1948-ci ildə Tovuz rayonunun Böyük Qışlaq kəndində anadan olmuşdur. O, 24 fevral 2026-cı ildə Bakı şəhərində qəflətən 77 yaşında dünyasını dəyişib.
Bir daha Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Xankəndi şəhər və Xocalı rayon şöbəsinin idarə heyəti və Bmtv infonun kollektivi mərhuma Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.
Məkanı cənnət olsun.
Ramiz Ağayev
AVMVİB-in Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri



0 Yorumlar