Daxılı İşlər Nazirliyi  (DİN) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, hal- hazırda FHN-nin sıralarında xidmət edən polkovnik-leytenant Hacıyev Vasif Lətif oğlunun anasının 40 mərasimi yanvar ayının 15 -da Bakı şəhəri Qara Qarayev metrosu yaxınlığında yerləşən Əli mərasim evində kecirlləçək.


Mərasim saat 11.00- da başlayıb 16.00 kimi davam edəcək.


Qeyd edək ki, polkovik- leytenant Vasif Hacıyevin anası Xədicəbanu xanım yanvar ayının 8-də Bakı şəhərində vəfat edib, Zabrat qəsəbəsində torpağa tapşırılıb.


Bir daha Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, DİN-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (hərbi vəzifələri) və iş yoldaşları polkovnik- leytenant Hacıyev Vasif Lətif oğluna əziz anası Xədicəbanu xanımın vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.


Xatırladaq kı, polkovik- leytenant Hacıyev Vasif Lətif oğlu 1977 - ci ilın  aprel ayının 23-də Qədim Borcalı mahalının (indiki Gürcüstan Respublikasının) Bolnis şəhərində  ziyalı  ailədə anadan olub.

1983-cü ildə Bolnis şəhərində 1-ci sinif rus məktəbinə gedib. 1989-cu ildə 5-ci sinifi bitirib. Orta təhsilini davamını  Bakı şəhərində yerləşən Nizami rayonunda 32 nömrəli Məzahir Rüstəmov adına orta məktəbdə davam etdirib və həmin məktəbi 1994-cü ildə bitirib.

1995 - 1996 -ci ildə Daxili Qoşunların Baş İdarəsinin Xəzər və Binəqədi rayonlarında yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olub.

 1996- 1998 -ci illərdə DİN-in Daxili Qoşunların Nərimanov rayonunda yerləşən hərbi hissələrdə topoqrafiya xəritələr anbarının rəisi, Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsində hauptvaxt rəsinin köməkçisi vəzifələrində Millətə, dövlətə, vətənə və xalqa sədaqətlə xidmət edib.

1998-ci ildə Nərimanov rayonunda yerləşən Bakı yanğın texniki məktəbə daxil olmub. 2000-ci ildə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəszilik İdarəsinin sərəncamına keçirilib, sonra təhsilinin davamını Ukrayna Respublikasının Fövqəladə Hallar Nazirliyin Akademiyasında davam etirmiş və həmin Akademiyanı bitirmişdir. Hazırda FHN-nin sıralarında böyük inspektor vəzifəsində daxili xidmət polkovnik-leytenantı rütbəsində  xidmət edir

Allah rəhmət eləsin, məkanı cənnət olsun!


 Azərbaycan Respublikasının Silahlı Qüvvələri Və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev