1972-ci ildə Azərbaycan Respublikasının cənub -qərbində yerləşən Zəngilan Rayonunun Muğanlı (Gilətağ) kəndində anadan olmuş, 1998- 2021-cü illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Qaradağ və Nərimanov rayonlarında yerləşən hərbi hissədə (hərbi hospitalda) müxtəlif hərbi həkim vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmiş, hal- hazırda Müdafiə Nazirliyinin Cəmşid Naxcvanski adına hərbi liseydə çalışan, peşəkar , təcrübəli və ali dərəcəli həkim tibb xidməti mayoru Qurbanova Arzu Ələkbər qızının həyat yoldaşının 3/7 mərasimi mart ayının 1-də Bakı Şəhəri Qaradağ rayonu Sahil Qəsəbəsində yerləşən Fatimeyi Zəhra məscidində keçiriləcək.
Mərasim saat 18.00-da başlayıb, saat 21.00 kimi davam edəcək.
Bu barədə onun ailə üzvləri bildirib.
Xatırladaq kı, tibb xidməti mayoru Qurbanova Arzu Ələkbər qızının həyat yoldaşı 25 fevral 2026-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonunun Sahil Qəsəbəsində dünyasını dəyişib.
Bir daha Daxili İşlər Naziryiinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların şəxsi heyəti, Daxili Qoşunların ehtiyatda və istefada olan zabit və gizirləri (tibb işçiləri) tibb xidməti mayoru Qurbanova Arzu Ələkbər qızına həyat yoldaşının vaxtsız vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verir.
Allah Arzu həkimin həyat yoldaşına və bütün dünyasını dəyişənlərmizə rəhmət eləsin!
Qəbrləri nurla dolsun!!!
Tanrı Arzu həkimin və onun doğmalarını, yaxınlarını qorusun!
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev



0 Yorumlar