Tarixi boyu həkimlik sənətinə ülvi bir peşə, həkimə isə müqəddəs bir şəxs kimi yanaşılmışdır. Sənədini mükəmməl bilən insanların sağlamlığının keşiyində ləyaqətlə duran, onların qayğısına qalan həkimlər in xətrini el-oba əziz tutulmuşdur. Hətta el arasında müdrüik adamları loğmanla müqayisə edirlər.
Həkim adını daşımaq nə qədər məsuliyyətli olsada bir o qədərdə şərəflidir.Xalqının səhhətini, sağlamlığını qorumaq və onların inamını qazanmaq hər insana nəsib olmur. Möçüüzəli əlləri ilə insanlara şəfa bəxş edərək, xarakteri ilə səhhətlərində yaranmış problemlərini unutduraraq həkimlərin peşə vəzifələrinin ənümdə məqamlarında biridir.
Məsələ ağ xalat geyinib, həkimlik diplomunu gəzdirmək deyil, söhbət ondadır ki, bu şərəfli pşəyə layiq olasan və həkimlik sənətinin müqəddəsliyini qoruyasan. Müalicə etdiyin hər kəsin həyatına, sağlamlığına cavabdhliyini dərk edəsən, yüksək savad nümyiş etdirəsən Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik.
Bu gün tam məsuliyyət və qürurla deyə biləcəyim , sözün əsl mənasında uzun illər ailəsini və yaxın qohumlarını tanıdığım loğman olan, eyni zamanda gözəl, nəzakətli,xeyirxah və saf əqidəli insan, nümunəvi ailə başçısı, fədakar, peşəkar və təcrübəli ali dərəcəli hakim Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı tibb xidməti polkovnik- leytenantı Səmədova Nəzakət Yusif qızı haqqında danışacam.
Həmişə müqəddəs peşəsinə layıq, yüksək iş qabiliyyətləri ilə fərqlənən, fədakarlığı, qəhramanlığı ilə vətəndaşlığın əsas meyarı hesab edən, cəfakeş həkimlərmizdən biri olan Səmədova Nəzakət Yusif qızının yanvar ayının 28-də dünyaya göz acdığı xoş gündür.
Daxili İşlər Naziyirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitələri, (tibb işçiləri və hərbi vəzifələri) daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan, öz işini çox sevən və öhtəsindən layıqincə gələn, tibb xidməti polkovnik -leytenantı Səmədova Nəzakət Yusif qızını doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, həkimlik peşəsində yeni uğurlar və nailiyyətlər arzu edirlər. Nəzakət həkim yaşının üstə gələn bu yeni yaşda, sizə və ailənizə sevinc dolu illər bəxş etsin,hər yeni günün isə sizi istəklərinə qovuşduraraq dahada xoşbəxt etsin.
Öz ləyaqəti, davranışı, dürüstlüyü,insanpərvərliyi və iillərin təcrübəsi ilə seçilən, insanlara sağlamlıq , eləcə də gözəllik bəxş edən,məharəti ilə onların etibarını və rəğbətini qazanmış, ehtiyatda olan tibb xidməti polkovnik- leytenantı Səmədova ( kecmiş soyadı: Hümbətova) Nəzakət Yusif qızı 1971-ci ilin yanvar ayının 28- də Azərbaycan Respublikasının Goranboy rayonunun Şəfəq ( kecmiş adı: Mollavəldli ) kəndində zəhmətkeş bir ailədə anadan olub.
Özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil, mehriban, qayğıkeş və xeyirxah insan olan, adı və ünvanı işlədiyi kollektiv arasında böyük hörmətlə çəkilən Nəzakət Yusif qızı Səmədova Azərbaycan Dövlət Tibb Universitetini bitrib. Bir necə dəfə Azərbaycan Respubilkası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təhkimləşdirmə İnstitutunda müvafiq ixtisasartırma kurslarında, seminar və konfraslarda olub.
Yüksək peşəkarlığı, humanistliyi,vətənpərvərliyi,sadəliyi,dəqiqliyi,təmkinliyi, həyat həqiqətinə olan güclu inamı, nəcibliyi, mənəvi zənginliyi, saflığı, işgüzarlığı, xoşsifətliyi, iradı,mənəvi keyfiyyətləri və daxili qoşunlarda səmərəli fəaliyyəti ilə seçilən, ali dərəcəli peşəkar həkim – tibb xidməti polkovnik- leytenantı Səmədova Nəzakət Yusif qızı 1994-2025-ci illərdə DİN-in Daxili Qoşunların Baş İdarəsinin Tibb xidmətində zabit, Daxili Qoşunların hərbi hospitalında isə baş ordinator və şöbə rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib. Hazırda tibb müəssisələrin birində öz ixtisası üzrə vəzifə borcunu layiqincə yerinə yetirir.
Öz işinin öhdəsindən layiqincə gələn, tanınmış həkim Nəzakət xanım DİN-in Daxili Qoşunlarda xidmət etdiyi illərdə Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına,Hərbi Andın,hərbi nizamnamələrinin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər ücün şəxsi nümünə olmuşdur. Hippokrat andı içən Nəzakət həkim o, anda həmişə sadiq qalaraq ona həvalə olunmuş vəzifə və tapşırıqları şərəf hissi ilə yerinə yetirmişdir.
Öz xidməti vəzifələrini və hərbi hissənin (hərbi hospitalın) qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə, əlacı və yubiley döş nişanları ilə təltif olunub, dəfələrlə fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb Nəzakət xanıma təşəkkur elan olunub və aşağıdakı medallarla təltif edilib:
1.“Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə;
2. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Veteranı” medalı ilə:
3.“Qüsursuz xidmətə görə”1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
4. “Qüsursuz xidmətə görə” 2 - ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
5.“Qüsursuz xidmətə görə” 3 -cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə:
6. “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
7. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə.
Yüksək insanı keyfiyyətlərə və kamil həkimlik peşəsinə qadir Nəzakət həkim sağlamlıq bəxş etdiyi insanların ömrundə və şərəfli həkim peşəsinin tarixində yaşayacaq.
Nəzakət həkim 100 il sağlam və mənalı ömür yaşayın.
Doğum günüz mübarək olsun!
Nəzakət həkim tanrı sizi qorusun, hər zaman indiki kimi şəfqətli, xeyirxah və işıqlı olasınız.
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev





0 Yorumlar