Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoş unlarının Naxcvan Muxtar Respublikasında yerləşən əlahiddə hərbi hissədə müxtəlif vəzifələrdə xidmət etmiş- ehtiyatda olan mayor Məmmədov Müşviq Qəşəm oğlunun yanvar ayının 28- də dünyaya göz acdığı xoş gündür.


Daimi həyatın imta hanlarından alını açıq və üzüağ çıxan- ehtiyatda olan mayor Məmmədov Müşviq Qəşəm oğlunu doğum 

günü münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların istefada və ehtiyatda olan zabitləri, səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edirlər, Müşviq yaşının üstə gələn bu yeni yaşda, sizə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə xoş keçsin.

     

 Mayor Məmmədov Müşfiq Qəşəm oğlu 1973-ci ilin yanvar ayının 28-də Naxcvan şəhərində zəhmətkeş bir ailədə anadan olub.


1990 -ci ildə Naxcvan şəhər 7 nömrəli tam orta məktəbi, 1995- ci ildə Azərbaycan Poltexnik Universiteti ni (indiki Azərbaycan Texniki Univerisititi), 1996 və 1998 - ci illərdə DİN-in Daxili Qoşunların Baş İdarəsinin Doyüş Hazırlığı İdarəsinin Xəzər rayonunda yerləşən təlim- tədris mərkəzində bölük komandiri və zabitlərin ixtisas kursnu bitrib.Mayor Müşviq Məmmədov 1998-ci ildə hərbi təcürbə mübadiləsi əldə etmək ücün Türkiyə Jandarma Qüvvələrində hərbi səfərdə olub.


1995-2019-ci ilərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Naxcvan şəhərində yerləşən əlahiddə hərbi hissədə taqım komandiri, bölük komandiri, qərargah rəisinin şəxsi heyətin qeydiyyatı və uçotu üzrə köməkcisi və baş köməkcisi , vəzifələrində xidmət edib.

    

 Mayor Məmmədov Müşviq Qəşəm oğlu öz tabeliyində olanlara və bir çox hərbi qulluqculara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edi lməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamə lərinin,əmr və səranca mların dəqiq və sözsüz yerinə yetiri məsi işində daimi şəxsi nününə olmuş dur. 


Mayor Müşviq Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı, tərbiyəsi yerində olan, nizam və intizamlı hərbçi kımı göstərmiş, işlədiyi və oxuduğu təhsil müəs sisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.

      

Qanunvericiliklə müəyyən olunmuş qaydada DİN-in Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, mühüm dövlət obyektlərin, hərbi şəhərciklərin və hərbi təchizat anbarların mühafizəsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın təmin edilməsində və ictimai təhlükəsizliyin qorunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasın da,mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,axtarışda alan şəxslərin axtarılmasında, tutulmasında və zərərsizləşdirilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüq uqi rejimin təmin edilməsində - ehtiyat da olan mayor Müşviq Məmmədov üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.

   

Müşviq Məmmədov peşəkarlığı, səmərəli fəaliyyəti, təşkilatçılıq bacarığı, işgüzarlığı, iradı, mənəvi- keyfiyyəti, sadəliyi, səmimiyyəti, dəqiqliyi və təmkinliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 23 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirərək, Vətənə və xalqa sədaqətlə xidmət etmişdir. 


Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə -ehtiyatda olan mayor Müşviq Məmmədov Daxili İşlər Nazirin, Daxili Qoşunlar Komandanının, onun müavinlərinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olub, bir çox fərmanlarla, diplomlarla, və qiymətli hədiyyələrlə mükafatlandırılıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:


“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubley medalı ilə;


2.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubley medalı ilə;


3.“Azərbaycan Respublikasının Silahl Qüvvələrinin 95-illiyi (1918-2013)” yubiley medalı ilə;


4.“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim illi xidmətə görə;


5.“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;


6.“Qüsursuz xidmətə görə” 3 -cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN

MÜŞVİQ!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev