Daxili İşlər Nazirliyi (DİN-in ) Daxili Qoşunların Baş İdarəsinin Sanitar Epidolomoju Dəstəsində (SED-də) tibb xidməti sahəsi üzrə öz dəsti - xətti və xüsusi xidmətləri olan, yüksək peşəkarlığı,  humanistliyi, sadəliyi dəqiqliyi,  təmkinliyi,    səmimiyyəti, iradı, mənəvi keyfiyyətləri və daxili qoşunlarda səmərəli fəaliyyəti ilə seçilən, prinsipialığı, işgüzarlığı,qayğıkeşliyi ilə hər zaman tanınan,sevdiyi ixtisası öyrənmək ücün enişli- yoxuşlu  cətin və şərəfli həyat yolları kecən,yorulmaz fəaliyyəti ilə hər zaman xalq və hərbi qulluqcular ücün sədaqətlə xidmət edən, Azərbaycan Respublikasının  müharibə veteranı-istefada  olan tibb xidməti  mayoru Mehtiyev  Vəli Həsənqulu oğlunun yanvar ayinın 25 -də   dünyaya göz acdığı xoş gündür.

      

 Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (tibb işçiləri) daimi həyatın bütün imtahanların dan   alınıaçıq,  üzüağ çıxan- istefada olan tibb xidməti mayoru Vəli Mehtiyevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarinda bitib – tükənməyən nailiyyətlər arzu edirlər. Vəli həkim yaşının üstə gələn bu yeni yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə xoş keçsin.


Tibb xidməti mayoru Mehdiyev Vəli Həsənqulu oğlu 25 yanvar 1958 -cı ildə Qubadlı rayonun Diləli Müşkənli kəndində zəhmətkeş bir ailədə anadan olub. 


1975-ci ildə Qubatlı rayonun Hal kənd orta məktəbi,1983-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitrib.Vəli həkim Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət ediyi illər ərzində dəfələrlə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təhkimləşdirmə İnstitutunda müvafiq ixtisas artırma kurslarında olmuş, seminar və konfranslarda isə fəal iştirak etmişdir.



1983-1992-ci illərdə S.İmaməliyeva adına Respubilka Taun Əleyhinə Stansiya Xidmətində (indiki Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində ) həkim vəzifəsində işləyib.

 1993-2013-cü illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Sanitar Epidemioloji Dəstəsində Labarotoriya bölməsinin rəisi vəzfələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.

 Dövlətimiz, xalqmız qarşısındakı xidmət ləri  DİN- in Tibb   İdarəsinin komissiyası tərəfindən yüksək qiymətləndirilərək, Vəli həkimə ali  dərəcəli həkim adı verilmişdir.

 Müstəqil dövlətmizin etimatını şərəflə doğruldan mayor Mehdiyev Vəli Həsənqulu  oğlunun xalqmız qarşısındakı müqəddəs əməlləri və xeyirxah işləri yetişməkdə  olan gənc nəsilmiz üçün yenilməz nümunədir

Vəli həkim   Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respubli kasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın , hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düşən vəzifə və tapşırıqların  yerinə yetirilməsində  öz tabeçiliyində olanlara və bir çox hərbi qulluqçulara şəxsi  nümunə olmuş, Hippokrat andına  isə həmişə sadiq qalmışdır.

 Tibb xidməti    mayoru Vəli Mehdiyev  . DİN-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində  özünü qorxmaz, səxavətli, əliaçıq,  insanpərvər zabit ( təcürbəli həkim ) kimi göstərmişdir. O, istər yaşadığı  və anadan olduğu ərazidə, istərsədə təhsil aldıgı təhsil müəssisələrində, qohum -əqrəba, dost-tanış arasında, işlədiyi və xidmət etdiyi kollektiv arasın da özünə layiq böyuk hörmət qazanmışdır.

Öz xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək  göstəricilərə nail olduğuna və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər   xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacl və yubiley döş nisanları ilə, bir çox  fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif olunub:

 1.”Qüsursuz xidmətə görə 1 -ci dərəcəli medala- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

2.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medala- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

 3.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medala- Silahlı Qüvvələrdə 10 təvim ili xidmətə.görə;

4. “ Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;

5.” Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;

6.” Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi (1918 -2013)” yubiley medalı ilə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN VƏLİ HƏKİM!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

 

Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev