Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoş unlarının həyatında tibb xidməti sahəsi üzrə öz dəst-xətti və xüsusi xidmətləri olan, yüksək peşəkar lığı, humanistliyi, dəqiqliyi,öz davranışı, dürüstlüyü, təmkinliyi, sadəliyi, səmimiyyəti ,vətənpərvərliyi, iradi, mənəvi keyfiyyətləri, insanlara qarşı xeyirxahlığı, qayğıkeşliyi eləcə də gözəl təbəssümü ilə seçilən ömrünün ən məhsuldar dövrünün 28 (iyrimi səkkiz) ildən çox şərəfli xidmət yolunun 10 ilini Bakı Şəhər Təcili Yardım Kliniki və Zəngilan rayon Mərkəzi Xəstəxanalarında, 18 ilini isə Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında keçirmiş, ali dərəcəli həkim, Azərbaycan Respublikasının müharibə veteranı - istefada olan tibb xidməti mayoru Əhmədov Səttar Qüdrət oğlunun yanvar ayının 1-də dünyaya göz acdığı xoş gündür.
Ali dərəcəli peşəkar və təcürbəli həkim-istefada olan tibb xidməti mayoru Əhmədov Səttar Qüdrət oğlunu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, kollektivi (tibb işçiləri), onun doğmaları,əzizləri, yaxınları, iş və döyüş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadati və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edirlər.Səttdar həkim yaşının üstə gələn bu yeni yaşda sizə sevinc dolu günlər bəxş etsin,hər yeni günüz isə ötən günlərdən daha gözəl istəklərinizə uyğun sizi xoşbəxt edəcək şəkildə keç sin.
Tıbb xidməi mayoru Səttar Qüdrət oğlu Əhmədov 1 yanvar 1959- cu ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində ziyalı ailədə anadan olub.
1975-ci ildə Zəngilan rayonunun Mincivan qəsəbə orta məktəbi qızıl medalla başa vurduqdan sonra, 1975-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun 2-ci müalicə- profilaktika fakültəsinə daxil olmuş, 1981-ci ildə isə həmin İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir.
Səttar həkim DİN-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində bir neçə dəfə Həkimlərin təkmilləşmə İnstitutun da kurslarda olmuş, Daxili Qoşunların Baş idarəsində keçirilən təlim- metodiki toplanışlarda, taktiki-xüsusi təlimlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir.
Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan tibb xidməti mayoru Səttar Qüdrət oğlu Əhmədov 1981- 1982-ci illərdə Bakı Şəhər Təcili Yardım Kliniki Xəstə xanasının nəzdində cərrah ixtisası üzrə ixtisaslaşma kursu keçib.Sonra döğma yurda qayıdaraq, 1992 - ci ilə kimi Zəngilan rayon Xəstəxanasında cərrah vəzifəsində çalışıb.
Səttar həkim 1993- 2009-cu illərdə Daxili İşlər Nazirliyi DİN-in Daxili Qoşunların Baş İdarəsinin Qaradağ rayonunda yerləşən hərbi hissənin (hərbi hospitalının) 3- cü cərrahiyyə şöbəsində baş ordinator, 3-cü cərrahiyyə şöbəsinin rəisi, DİN-in Daxili Qoşunların Baş İdarəsininin Tibb şöbəsində isə baş zabit vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
S.Əhmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələində, yaşa dığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Azərbaycan Respubli kasının Konstitusiyasına və Qanunlarına əməl edilməsi işində, Hərbi Andın, hərbi və DİN-in daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində bir çox hərbi qulluqculara və tibb işcilərinə şəxsi nümnə olmuşdur.Hippokrat andı içən Səttar həkim Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
1992-ci ildə düşmənlə qızğın döyüşlər getdiyi bir vaxtda Səttar həkim özünə vətəndaşlıq borcu bilərək, düşmənə qarşı döyüşən hərbi qulluq çularmızın səhhəti ilə yaxından maraqlanmış, bu sahədə mövcud olan problem lərin həllində bacardığı köməkliyi onlardan əsirgəməmişdir.Səttar həkim bütün bunlarla yanaşı, düşmənin həmləsinə daim məruz qalan Zəngilan rayonunun Keçikli, Şıxafuz və Seyidlər kəndlərinin müdafiəsində dayanaraq, əldə silah dəyanətlə döyüşmüşdür.
Tıbb xidməti mayoru Səttar Qüdrət oğlu Əhmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz vətənpərvər ,səxavətli, vicdanlı, əliaçıq və zəhmətkeş bir zabit (həkim) kimi göstərmişdir. O,istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, qohum- əqraba arasında, istərsə də, işlədiyi və xidmət etdiyi kollektivdə, dost -tanış arasında özünə layiq hörmət qazanmışdır.
Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan tibb xidməti mayoru Səttar Qüdrət oğlu Əhmədov Füzuli bölgəsının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı DİN-in Daxili Qoşunların Bas İdarəsinin tərkibində fəaliyyət göstərən hərbi lazaretində yaralıların ilkin müalicəsini yerinə yetirmiş, yüzlərlə silahdaşlarmızı sıramıza qaytara bilmişdir. Onun bu xeyirxah əməlini tanıyanlar heç vaxt Səttar həkimi unutmayacaq.
Səttar Qüdrət oğlu Əhmədov Qanunvericiliklə müəyyən olunmuş qayda DİN-in Daxili Qoşunlarna həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai təhlükəsizl iyin təmin edilməsin də,yaşayış məntəqələr ində və cəza çəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, silahlı cinayətkarların axtarışı üzrə xüsusi- əməliyyatlarda,qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqaladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində’tibb xidməti üzrə ona həvalə edilmiş vəzifə və tapşırıqları layıqincə yerinə yetirmişdir.
Tibb- xidməti Mayoru Əh mədov Səttar Qüdrət oğlu DİN-in Daxili Qoşunların Baş İdarəsində xidmət etdiyi illər ərzində hərbi hissələrdə və əlahiddə bölmələrdə keçirilən təftiş,yekun yoxlama komissiyanın, kompleks və məqsədli qrupla rın üzvü oldğü müddətdə üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gələrək aşkar edilmiş nöqsanların aradan qaldırılmasına məsuliyyətlə yanaşmışdır
Öz vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhk əmləndirilməsində yüksək göstəricilərə və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Daxili Qoşunların Bas İdarəsinin tibb şöbə rəisinin, hərbi hissə komandirinin (hərbi hospital rəisinin) müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubley döş nisanları ilə təltif olunub, dəfələrlə fərmanlarla, diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidməti vəzifə borcnu və hərbi hissə (hərbi hospital) qarşısında qoyuşmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmirləri ilə aşağıdakı medallarla təltif olunub:
1."Qüsursuz xidmə görə " 2-ci və 3-cü dərəcəli medalarlar ilə;
2."Azərbacan Res pubilkası Silahlı Qüvvələrinin 10-illiyi (1991-2001) və 90-illiyi (1918-2008)” yubley medalları ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
SƏTTAR HƏKİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev









0 Yorumlar