Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının həyatında özünəməxsus xüsusi xidmətləri olan, Vətənpərvər, yurdsevər, əhatəsində olan insanların və həmkarlarının rəğbətini qazanan, Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı baş gizir İsmayılov Rövşən Vilayət oğlunun yanvar ayının 24-də 54 yaşı tamam olub .


 Belə bir əlamətdar gün münasibətilə biz də Daxili İşlər Nazirliyinin (DİN) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitəliləri (hərbi vəzifələri) Rövşən Vilayət oğlu İsmayılovu ürəkdən təbrik edir, Allahdan ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, gözəllik, ailə səadəti və firavan həyat arzulayırıq!.. 

 Rövşən İsmayılov Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində gedən döyüş əməliyyatlarında fəal iştirak edərək, ona həvalə olunmuş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Azərbaycan Respublikasının müharibə veteranıdır

İsmaylov Rövşən Vilayət oğlu öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə daxili işlər orqanlarında və daxili qoşunlarda əla xidmətlərə görə döş və yubiley nişanları ilə tətif olunub, dəfələrlə fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb,ona təşəkkür elan edilib və aşağıdakı medallarlarla təltif edilib

1.“ Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı” medalı ilə;

2.“Qüsursuz xidmətə görə” 1-ci (ali) dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

3.“ Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

4.“ Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

5.“ Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;

6.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;

7. “Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə.

RÖVŞƏN DOĞUM GÜNÜNÜN MÜBARƏK OLSUN!

 YÜZ YAŞA VƏ SAĞLAM YAŞA!


Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı , peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev