Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının həyatında özünəməxsus xüsusi xidmətləri olan, Vətənpərvər, yurdsevər, özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil, qayğıkeş, mehriban, xeyirxah, nüfuzlu, şaf əqidəli insan, əhatəsində olan insanların və həmkarlarının rəğbətini qazanan,Dövlətinə, Millətinə və Ali Baş Komandanına sadəqatli peşəkar və təcrübəli zabit, Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı polkovnik Əliyev Zəfər Baloğlan oğlunun yanvar ayının 25-də dünyaya göz açdığı xoş günüdür!..
Biz də Daxili İşlər Nazirliyinin (DİN) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitəliləri (hərbi vəzifələri) çox hörmətli və dəyərli Zəfər Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, Allahdan ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, gözəllik, ailə səadəti, firavan həyat, çətin və şərəfli peşəsində uğurlar arzulayırıq!..
Z. Əliyev 1992-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində gedən döyüş əməliyyatlarında , 2020- ci ildə 44 günlük sürən Vətən (Qarabağ ) müharibəsində və 19-20. 09 .2023 ci il tarixlərində bir günlük keçirilən antiterror əməliyyatlarına fəal iştirak edərək, ona həvalə olunmuş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Azərbaycan Respublikasının müharibə veteranıdır
Polkovnik Zəfər Əliyev öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə daxili işlər orqanlarında və daxili qoşunlarda əla xidmətlərə görə döş və yubiley nişanları ilə tətif olunub, dəfələrlə fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb,ona təşəkkür elan edilib və aşağıdakı medallarlarla təltif edilib:
1.“Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci dərəcəli medal ilə;
2.“ Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medal ilə;
3.“ Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə;
4.“ Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı” medalı ilə;
5.“Qüsursuz xidmətə görə” 1-ci (ali) dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
6.“ Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
7.“ Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
8.“ Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
9.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında , mütəşəkkil cinayətə qarşı mübarizədə və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərləşdirilməsi də, dövlətin ərazi bütövlüyünün edilməsində və Azərbaycan Respublikasının işğal altında olan ərazilərinin azad olunmasında xüsusi fərqləndiyinə, şücaət və igidlik göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə polkovnik Əliyev Zəfər Baloğlan oğlu aşağıdakı medallarla təltif olunub:
“İgidliyə görə” medalı ilə;
2.“ Hərbi xidmətlərə görə” medalı ilə;
3. “ Cəsur döyüşcü” medalı ilə;
4.“ Vətən müharibəsi iştirakçısı” medalı ilə.
ZƏFƏR DOĞUM GÜNÜNÜN MÜBARƏK OLSUN!
YÜZ YAŞA VƏ SAĞLAM YAŞA!
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı , peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev





0 Yorumlar