Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunların Baş İdarəsinin və Müdafiə Nazirliyinin müvafiq strukturlarında müxtəlif vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət etmiş, Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, istefada olan polkovnik Hüseynov Ayatxan Rəhman oğlunun yanvar ayının 27-də 62 yaşı tamam olur.
Hörmətli Ayatxan müəllim!
Sizi 27 yanvar ad gününüz münasibətilə
doğmalarnız, əzizlərniz, yaxınlarınız,
eləcə də iş yoldaşlarınız səmimi qəlbdən təbrik edirlər.
Biz də Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (hərbi vəzifələri) bu əlamətlər gün münasibətilə səmimi təbrikə qoşuluraq,sizi ürəkdən təbrik edirik,Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq, firavan həyat arzulayırıq!..
Qeyd edək ki, polkovnik Hüseynov Ayatxan Rəhman oğlu 27 yanvar 1964-cü ildə anadan olub.1992-2013 ve illərdə Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi hissələrində və Daxili Qoşunların Baş İdarəsində müxtəlif vəzifələrdə, 2013-2020- ci illərdə isə Müdafiə Nazirliyi “ Görədil Hərbi İstirahət Evi”nin rəisi, Müdafiə Nazirliyinin mərkəzi aparatında İşlər idarəsinin rəis müavini vəzifələrində xidmət edib.
A. Hüseynov öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə, hərbi hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə əla xidmələrə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, dəfələrlə fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb ,ona təşəkkür elan edilib və aşağıdakı medallarlarla təltif edilib:
1.”Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı” medalı ilə;
2. “ Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
3. “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
4. “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
5. “ Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
6. “ Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
7. “ Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə;
8. “ Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə.
Doğum gününüz mübarək olsun Ayatxan!
Dərin hörmətlə və səmimiyyətlə: Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev



0 Yorumlar