Peşəkarlığı, hümanistliyi, xeyirxahlığı, daxili qoşunlarda səmərəli fəaliyyəti və işgüzarlığı ilə seçilən, Azərbaycan Respublikasının müharibə -veteranı - istefada olan mayor  Məmmədov Nəvai Nuru oğlunun yanvar ayının 28- də dünyaya göz acdığı xoş gündür.

  Daxili İşlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, mayor Nəvai Məmmədovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti  və həyat yollarında bitib- tükənməyən nailiyyətlə arzi edirlər. Nəvahi yaşının üstə gələn bu yeni yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni illin    isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə xoş keçsin.

 Mayor Məmmədov Nəvai Nuru oğlu   1962-ci ilin yanvar ayının 28 -də Kəlbəcər rayonun da  zəhmətkeş bir ailədə anadan olub. Nəvahi Məmmədovun atası Nuruda uzun müddət Daxili işlər orqanlarında Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.

Nəvai Məmmədov 1979- cu ildə Kəlbəcər rayonun Caykənd orta məktəbini, 1987 -ci ildə  Azərbaycan Dövıət  Pedoqoji İnstutunu, 1998-ci ildə isə Daxili Qoşunların Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin  Xəzər rayonunda yerləşən təlim- tədris mərkəzini bitrib.

Nəvai Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, Daxili  Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox  təlim- metodiki toplanışlarda,xüsusi- taktiki təlimlərdə,komanda – qərargah məşqlərində fəal iştirak edib.

O,Azərbacanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə  yerinə yetirmişdir. Azərbaycan Respublikasının müharibə veteranıdır 

Göstərdiyi döyüş rəşadətinə görə yoldaşları arasında böyük hörmət qazanmış -  istefada olan mayor. Nəvai Məmmədov 1981- 1983 cü illərdə Sovet Ordusunun  Moskva şəhərində yerləşən   hərbi hissələrinin birndə müddətli həqiqi  hərbi xidmətdə olub.

 1987- 1991 -ci illərdə  Xəzər ( əvvəlki Əzizbəyov) rayonun ərazisində yerləşən    42 nömrəli texniki- peşə məktəbində  hərbi hazırlıq və bədən tərbiyəsi  müəllimi . vəzifəsində işləyib

1992-2011-ci  illərdə  Daxili  İşlər Nazirliyi Daxili Qoşunlarının Xəzər və Hacıqabul rayonlarında yerləşən hərbi hissələrində    taqım komandiri, bölük komandiri və avtomobil və zirehli texnika xidməti rəisi  vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.

2011-2015 ci illərdə isə Dövlət və özəl müəssisələrin də   Qaraj müdürü vəzifəsində çalışıb.

Mayor Nəvahi Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

     

Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın,  hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləc də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  döyüş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir çox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

İşgüzarlığı,yüksək intellektual səviyyəsi və idarəcəlik qabiliyyəti ilə seçilən, mayor Nəvai Məmmədov  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində hərbi hissənin zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçularla komandir, əsgər və çavuşlarla isə döyüş və ictimai sıyası hazırlığı üzrə məşğələlərin, avtomobil və zirehli texnika xidməti üzrə nümunəvi göstərici məşğələlərin keçirilməsi və eləcə də avtomobi xidməti üzrə kiçik mütəxəssislərin hazırlanmasında üzərinə düsən vəzifə və tapşırıqların  öhdəsindən layiqincə gəlmişdir.

 Mayor Nəvai Məmmədov öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın,onun  müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmirləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif edilib, bir çox fərmanlarla,diplomlarla, qiymətlili hədiyyələrlə mükafatlandırılıb, ona təşəkkür elan edilib və aşağıdakı medallar ilə təltif olunub:


“Qüsursuz xidmətə görə” 2-ci və 3-cü dərəcəli medallar ilə -Silahlı Qüvvələrdə 15 və 10 təqvim ili xidmətə görə;

“Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) və 90 illiyi (1918-2008)” yubiley medalları ilə.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN NƏVAİ !

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


DAİMA XOŞBEXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

 Azərbaycan Respubilkasının Silahlı qüvvələrinin veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev