Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etmiş, Azərbaycan Respublikasının müharibə veteranı,2-ci qrup əlil, Vətənpərvər, yurdsevər, özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil, qayğıkeş, xeyirxah, nüfuzlu, şaf əqidəli insan, əhatəsində olan insanların, həmkarlarının rəğbətini qazanan, ehtiyatda olan kapitan Bədəlov Mahir Vahid oğlunun yanvar ayının 21-də dünyaya göz açdığı xoş günüdür!..


Biz də Daxili İşlər Nazirliyinin (DİN) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitəliləri hörmətli veteranmlz Mahir Bədəlovu doğum günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı,xoşbəxtlik, gözəllik, ailə səadəti arzulayırıq!.. 

Bədəlov Mahir Vahid oğlu 1975-ci ilin yanvar ayının 21-də Bərdə rayonunun Arabaçılar kəndində zəhmətkeş bir ailədə anadan olub.

O, 1993-1997-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Əlibayramlı (indiki Şirvan) şəhərində, Ağdam və Füzuli rayonlarında yerləşən hərbi hissələrdə müxtəlif vəzifələrdə vətənə və xalqa sədaqətlə xidmət edib.

Kapitan Mahir Vahid oğlu Bədəlov “Hərbi xidmətkecmə haqqında” Əsasnamənin 156-cı maddəsinin v) bəndinə əsasən xəstəliyə görə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Qaradağ rayonunda (indiki Nərimanov rayonunda) yerləşən hərbi hissədən (hərbi hospitaldan) Silahlı Qüvvələrə ehtiyata buraxılıb.

M. Bədəlov Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində gedən döyüş əməliyyatlarında fəal iştirak edərək, ona həvalə olunmuş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Azərbaycan Respublikasının müharibə veteranı və 2-ci qrup əlildir. 


Kapitan Mahir Bədəlov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.


MAHİR DOĞUM GÜNÜNÜN MÜBARƏK OLSUN!

 YÜZ YAŞA VƏ SAĞLAM YAŞA!

Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı , peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev