Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Xalq artisti Sabir Məmmədovun 65 yaşı tamam olur.
Sabir Məmmədov 24 yanvar 1961-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində(1983) təhsil alıb. Təhsil illərindən sonra təyinatla bir müddət Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Həmin teatrda səhnələşdirilən bir çox tamaşalarda-“Park”(Xöşbəxt Adam”, “Lənkəran xanının vəziri”(1-ci ərizəçi), “Bəxt üzüyü”(Hüseyn), “Uca dağ başında”(Toğrul) və s. », V.Səmədoğlu), Xəlil («Müvəqqəti ər», R.N.Güntəkin) və s. yaddaqalan rollar oynayıb.
O, 1989-cu ildən etibarən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında fəaliyyət göstərməyə başlayıb. Milli Teatrda hazırlanan - “Gecə döyülən qapılar”(Səfər), “Yalan”(Fərman), “Sokratı anma gecəsi”(Akkanad), “Burla xatun”(İlus), “Lənkəran xanının vəziri”(Teymur ağa), “Bu dünyanın adamları”(Sarvan), “Kəllə”(Şair), “Hamlet”(Horatsio), “Özümüzü kəsən qılınc”(Rəşad), “Afət”(Yavuz), “Ölülər”(İsgəndər) və s. tamaşalarda maraqlı rollar oynayıb.
S.Məmmədov bir çox filmlərdə də çəkilib.
“Babamın babasının babası”(1981) filmində Tapdıq, “Təzə evlənənlər”(1983) qısametrajlı filmində Rüstəm, “Şəhərli biçinçilər”dı(1986) Talıbın oğlu, “Qız qalası”nda(2000) Sabir, “Bomba” filmində(2005) Səlim, “Məhkumlar”da(2006) Leylanın atası, “Nabat”(2014) və s. filmlərdə, eləcə də bir çox serillarda, televiziya filmlərində bir-birindən fərqli rollar oynayıb.
Onun yaradıcı fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib.
2002-ci ildə Əməkdar artisti fəxri adına, 2018-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. 2025-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
Azərbaycan Kinematoqrafçılar İttifaqı adından teatrı, ədəbiyyatı tragikomik obrazları sevən, xarakterik rollarda səhnəyə çıxmağa üstünlük verən Sabir Məmmədovu yubiley yaşı münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq!



0 Yorumlar