Ülvi ərəb, fars, latın, özbək dillərində (sərbəst öyrənməklə) yazıb-oxumağı, ingilis, rus dillərini isə mükəmməl bilirdi. 19 yanvar 1990-cı ildə gecə Bakıya basqın edən sovet ordusunun yolunu kəsib, dinc piketin gülləbaran edilməsinə dözməyərək, etiraz etmiş, saat 00.20-də şəhid olmuşdu. Yanvarın 20-də axşamüstü dostları, tələbə yoldaşları və müəllimləri onun nəşini xəstəxanada tapıblar. Ülvinin əsərlərinə 200-dən çox şeiri, "Ömür yolu" poeması və "Qansızlar" povesti (Hər iki əsər Əfqanıstanda döyüşən həmvətənlərimizə həsr olunub), 40-a yaxın hekayəsi, 5 pyesi, 20-yə yaxın dünya ədəbiyyatından original tərcümələr (ingilis və rus dillərindən), 7 ədəbi və ictimai məzmunda məqaləsi daxildir.