Bu gün Azərbaycanın Milli Qəhrəmanı Hikmət Muradovun doğum günüdür.


BMTV.İNFO xəbər verir ki, Hikmət Oqtay oğlu Muradov 1969-cu il yanvarın 23-də Bakı şəhərində anadan olub.


O, Kiyev Ali Mülki Aviasiya İnstitutunu bitirib, cəbhə bölgəsinə dəfələrlə uçuşlar edib, Xocalıya hərbi yüklərin daşınmasında xüsusi xidmət göstərib, 1991-ci il oktyabrın 29-da Xanabad kəndi yaxınlığında düşmənin atəşi nəticəsində təyyarəsi vurulub, təyyarəsi ilə birlikdə yerə düşərək həlak olub. 1992-ci il noyabrın 25-də Milli Qəhrəman adına layiq görülüb.


Qeyd edək ki, Hikmət Muradov Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Vaxtilə oxuduğu 190 saylı orta məktəbdə xatirə lövhəsi vurulub.