Həmidov Şəmsi Məhəmməd oğlu 22 yanvar 1967 ci ildə Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1984- 1987-ci illərdə sovet ordu sıralarında xidmət edir. 1990-cı ildə Sumqayıtda təhsil alarkən tələbə yoldaşlarıyla birlikdə qanlı 20 yanvar hadisələrində Həmidov Şəmsi ayağıdan yaralanır.

1993 cü idə könüllü olaraq Cəbrayıl rayon hərbi komissarlığına müraciət edib və Cəbrayıl rayonu 896 saylı hərbi hissədə xidmətə başlayır. Vətənin torpaqlarının düşməndən müdafiəsinə qalxan Həmidov Şəmsi Məhəmməd oğlu bir çox ağır döyüşlərdə xüsusi igidliklər göstərir. Düşmənin 26 avqust 1993 cü ildə Cəbrayıl rayonu Dağtumas kəndininə işğalçı hücumu zamanı kəndin müdafiəsi uğrunda gedən döyüşdə beş nəfər igid qəhrəman əsgərlə birlikdə ağlr döyüşdə qəhramancasına şəhid olmuşdur. Ermənilər altı qəhrəman şəhidin “onlar azərbaycanlı diversantlarsır” deyərək nəşlərin verməmişdir...

Vətənini qoruyan canından keçən qəhrəman oğulların nəşləri düşmən əlində qalır və bu günə kimi hansısa kütləvi məzarlıqda uyuyurlar…

Bir gün gələcək onlar da Azərbaycan bayrağına bükülüb əbədi məzarlarına qovuşacaqlar, əbədi məzarlarında rahatlıq tapacaqlar. İtkin-şəhid haqqında bacısı Səkinə xanım məlumat verdi, Səkinə xanım Birinci Qarabağ döyüşləri qazisidir... 33 ildir qardaş acısı ilə yaşayır və ziyarət etməyə bir məzarda tapmır…

22 yanvarı 2026 cı il qardaşımın ad günü bizim üçün ən ağır gündür biz yol gözləyirik,acılarımız bitmir…Kədırinizə şərik oluruq…

Xatirəsi qəlbimizdə əbədi yaşayan qəhrəman oğullar…