Əllli milyon nəfərlə

Tək ürəyik,vahid can!

  

Kökümüzdən qopmadıq,

Budaq-budaq doğrandıq.

Yad ocaqda qor olduq,

Özgələr üçün yandıq.

Ağır yatdıq,çox yatdıq,

Axır sonda oyandıq!

Yatmış aslanlar kimi

Ayılmışıq yuxudan,

Əlli milyon nəfərik,

Tək ürəyik,vahid can!


Döyüşməkçün doğulduq

Döyüş alın yazımız!

Döyüşməsək gəlməz ki

Yurdumuza yazımız.

Qəhrəmandır,igiddir!

Oğulumuz,qızımız,

Taleyimiz belədir-

Dişə dişik,qana qan

Əlli milyon nəfərlə

Tək ürəyik, vahid can!


Qədimlərdən qədimik,

Ululardan da ulu.

Böyük Türk millətinin

Bir qoluyuq,bir qolu!

Yolumuz birlik ,barış,

Yolumuz Turan yolu!

Yolumuzdan dönmərik

Heç bir vədə, heç zaman!

Əlli milyon nəfərlə

Tək ürəyik, vahid can!

Birliyin pozulmasın,

Canım can Axərbaycan!


Şanlı tariximizi

Qanımızla yazırıq!

Vətənə göz tikənin

Məzarını qazırıq 

Hamımız bir nəfərtək

Əmrinizə hazırıq!

Qalib xalqın rəhbəri,

Ey Ali Baş Komandan,

Əlili milyon nəfərik,

Tək ürəyik,vahid can!

Biz bir yerdə güclüyük

Canım can Azərbaycan!