2003-cü ildə Cəlilabad şəhərində Nizami adına 1 saylı orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi daxil olub. 2007-ci ildə oranı leytenant rütbəsi ilə bitirib. 2007–2008-ci illərdə Təlim-Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2008–2009-cu illərdə Gəncədə zabit kimi hərbi xidmət keçib.


2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.

Ruhun şad olsun 

BMTV.İNFO İlham Rəsulzadə