Son illərdə hüquq -mühafizə orqanlarının həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində onlarla şəxs dövlətə xəyanətdə və casusluqda şübhəli bilinərək həbs olunub.Əsasən ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanları ilə əlaqədə ittiham edilən həmin şəxslərin bir çoxu öz layiqli cəzalarını alıb.
Vətənə xəyanət və casusluq nədir ? İnsan olan Vətənə xəyanət və casusluq etməz..Vətənə xəyanət və casusluq bağışlanması mümkün olmayan günahdır..Vətənə xəyanət və cəsuslq edənlər xalqın nifrəti ilə damğalanır.... Biz başa düşməliyik ki, müstəqil Azərbaycan bizim Vətənimizdir. Bu Vətənlə fəxr etmək lazımdır. Hətta ən ağır vəziyyətə düşdükdə belə Vətənin suverenliyi və təhlükəsizliyi bizim hamımızın şəxsi təhlükəsizliyindən üstün olmalıdır və üstündür. Vətənpərvərlik hissi ailədən və məktəbdən asılıdır. Bütövlükdə ölkəmizin tərbiyə ocaqları elə qurulmalıdır ki, insanlarda vətən və torpaq üçün fəxarət hissi formalaşdıra bilsinlər və onları əsl vətənpərvər kimi yetişdirsinlər. Digər tərəfdən insanlarımız ictimai cəhətdən fəal olmalıdırlar.
Cinayət məcəlləsində iki oxşar maddə var.274-cü maddə dövlətə xəyanət,276-cı maddə isə casusluqdur. Dövlətə (vətənə ) xəyanət maddəsinində tərkibində digər hərəkətlər, düşmən tərəfə keçmək, dövlət sirrini xariçə ötürməklə yanaşı casusluq da var.Bunlar subyektə görə fərqlənir, yəni bunlar Azərbaycan və xarici ölkə vətəndaşı ol bilər.
Ətraflarındakı insanların hərəkətlərindəki şübhələr barədə vətəndaş yetkinliyi ilə ölkənin müəyyən xidmət orqanlarına məlumat verməyi özlərinin xidmət borcu kimi başa düşməlidirlər.Kölə psixologiyası ilə yaşamağa alışmış, yaxud şan-şöhrət iddiasında olan insanların izlənilməsi və zərərsizləşdirilməsi təkcə xüsusi xidmət orqanlarının işi deyil. Bu həm də cəmiyyətin bütün təbəqələrinin işi olmalıdır. Biz vətənimizə xidmət etmək üçün ən azından bir məhəllədə yaşayan şəxslərin içərisində hiss etdiyimiz şübhəli əlamətləri, baş verə biləcək mənfi hadisələrin qarşısını almaq üçün özümüz vətəndaşlıq fəallığı nümayiş etdirməliyik. İlk olaraq casusluq və dövlətə xəyanət arasında hansı fərq var sualından başlayaq. Cinayət qanunvericiliyi casusluq hərəkətlərini onu törədən şəxsin vətəndaşlıq mənsubiyyətindən asılı olaraq iki formada həm dövlətə xəyanət cinayətinin forması kimi, həm də casusluq adlanan müstəqil cinayət tərkibi kimi nəzərdə tutur.
Azərbaycan Respublikası CM -nin 274-ci maddəsi. Dövlətə xəyanət yəni, Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Renspublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə — əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Azərbaycan Respublikası CM-nin 276-cı maddəsi.Casusluq yəni Dövlət sirri olan məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə vermə, yaxud vermək məqsədlə oğurlama, habelə xarici ölkələrin xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sair məlumatları vermə, vermək məqsədlə oğurlama və ya toplama, əgər casusluq əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən törədilərsə - əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 10 (on) ildən 15 (on beş ) ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə, habelə bu Məcəllənin 276-cı maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsi üçün xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş şəxs aldığı cinayət tapşırığının icrası üzrə heç bir fəaliyyət göstərməmişsə və dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermişsə və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmişsə, əgər onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur.
Visiontv.az Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev



0 Yorumlar