YADA SALIRSAN

          Şair dostum Tapdıq Əlibəyliyə


Şair var boğulur öz göz yaşında,

Şair var heç adı yox baş daşında,

Şair var yüz sual var baxışında,

Sağ ol ki, hər kəsi yada salırsan.


Şair var gəlməyir səsi- sorağı,

Şair var yazdığı yalnız bayağı, 

Şair var sönübdür ömür çırağı,

 Sağ ol ki, hər kəsi yada salırsan.


Böyük ürəyin var, böyük amalın,

Tapdıq Əlibəyli, nurdur camalın,

Ünvanlar dolanır şair xəyalın,

Sağ ol ki, hər kəsi yada salırsan.


Çingiz Ərəblidir gördüyün yazan,

Yazdığı zamanda verildi azan...

İmzalar içində seçilir imzan,

Sağ ol ki, hər kəsi yada salırsan.