Fəxrəddin İbrahim oğlu Şahbazov 22 yanvar 1950 - ci ildə Bakı şəhərində doğulmuşdur. 1957 - 1967 - ci illərdə Bakı şəhərində yerləşən 20 saylı orta məktəbdə təhsil almışdır. 1969 - 1971 - ci illərdə hərbi xidmətdə olmuşdur.
1972 - ci ildə Azərbaycan Teleradio Şirkətində operator kimi əmək fəaliyyətinə başlamışdır. Əslən Lerik rayonunun Kəlvəz kəndindəndir. 1988 - ci ildən başlayaraq könüllü olaraq ön cəbhəyə getmiş, ən qaynar döyüş meydanlarından reportajlar hazırlayaraq ölkə və dünya ictimaiyyətinə çatdırmışdır. Dəfələrlə ölüm təhlükəsi ilə üzləşsə də, ön cəbhəyə getməyə davam etmişdir. 1991 - ci ildə ermənilər Xocavənd rayonunda dinc sakinlərə qarşı dəhşətli qətliam törətmişdilər. 20 noyabr 1991 - ci ildə hadisəni araşdırmaq üçün araşdırmaq üçün yüksək vəzifəli dövlət nümayəndələri və digər şəxslər Mİ - 8 helikopteri ilə Xocavənd rayonuna yola düşmüşdürlər. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında ermənilər helikopteri iri çaplı pulemyotlardan atəşə tutmuşdurlar. Helikopter yerə düşərək parçalanmış və bütün heyət üzvləri həlak olmuşdur. Şəhid olanların arasında Fəxrəddin Şahbazov da olmuşdur. Ermənilər şəhidlərimizin cəsədlərini təhqir etməkdən də çəkinməmişdirlər. Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 1992-ci il tarixli, 344 saylı fərmanına əsasən ona ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adlı verilmişdir. Bakı şəhərində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmişdir. Evli idi, 2 övladı vətənə yadigar qalmışdır. Bakı şəhərinin Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində yerləşən küçələrdən biri, İmişli şəhərindəki küçələrdən biri onun adını daşıyır.
ALLAH rəhmət eləsin



0 Yorumlar