Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov Şimali Kipr Türk Cümhuriyyətindən gələn QHT nümayəndələri ilə görüşüb.
Azərbaycan Milli QHT Forumunun ofisində baş tutan görüşdə Azərbaycan - Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu və Kipr Türk Birliyi Dərnəyinin sədri, Lefke Avropa Universitetinin professoru, doktor Güven Arıklı iştirak ediblər.
Azərbaycan Milli QHT Forumunun milli və beynəlxalq səviyyələrdə həyata keçirdiyi fəaliyyətlərə dair ətraflı məlumat verən Azər Allahverənov Forumun gələcək planları barədə danışıb.
Baş katib Azər Allahverənov qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vətəndaş cəmiyyəti institutlarının vahid platformada bir araya gətirilməsində məqsəd qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, ortaq mənəvi və mədəni dəyərlərin qorunması və inkişaf etdirilməsidir.
Tərəflər Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın mövcud vəziyyəti, vətəndaş institutlarının təkmilləşdirilməsi, ictimai diplomatiyanın gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Görüş zamanı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri arasında həmrəyliyin artırılması, birgə humanitar təşəbbüslərin və ortaq forumların təşkili məsələləri müzakirə olunub.
Müzakirələrin nəticəsi olaraq tərəflər gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirib və bu mövqedən çıxış edərək birgə təşəbbüslərin intensiv şəkildə davam etdirilməsinin vacibliyini bildiriblər.
Görüşün sonunda professor Güven Arıklı həmmüəllifi olduğu “Türk bir'den Türk birliği'ne” kitabını Azər Allahverənova ərməğan edib.
Genel Sekreter Azer Allahveranov, Kuzey Kıbrıs Türk STK Temsilcileriyle Görüştü
Azerbaycan Cumhuriyeti Milli Meclisi milletvekili ve Türk Devletleri Teşkilatı’na üye ülkelerin STK Platformu Genel Sekreteri Azer Allahveranov, Kuzey Kıbrıs Türk Cumhuriyeti’nden gelen sivil toplum kuruluşlarının temsilcileriyle bir araya geldi.
Azerbaycan Milli STK Forumu’nun ofisinde gerçekleşen görüşmeye, Azerbaycan–Kıbrıs Dostluk Derneği Başkanı Orhan Hasanoğlu ile Kıbrıs Türk Birliği Derneği Başkanı, Lefke Avrupa Üniversitesi öğretim üyesi Prof. Dr. Güven Arıklı katıldı.
Görüşmede Azer Allahveranov, Azerbaycan Milli STK Forumu’nun ulusal ve uluslararası düzeyde yürüttüğü faaliyetler hakkında kapsamlı bilgi vererek, Forumun gelecek dönem planlarını paylaştı.
Genel Sekreter Azer Allahveranov, Türk Devletleri Teşkilatı’na üye ülkelerin sivil toplum kuruluşlarını ortak bir platformda buluşturmadaki temel amacın; karşılıklı iş birliğini güçlendirmek, ortak manevi ve kültürel değerleri korumak ve geliştirmek olduğunu vurguladı.
Taraflar, Türk Devletleri Teşkilatı’na üye ülkelerin STK’ları arasındaki mevcut iş birliği durumu, sivil toplum kurumlarının güçlendirilmesi, kamu diplomasisinin etkinliğinin artırılması ve ortak projelerin hayata geçirilmesi konularında görüş alışverişinde bulundu. Ayrıca, üye ülkelerin STK’ları arasında dayanışmanın artırılması, ortak insani girişimlerin ve müşterek forumların düzenlenmesi hususları ele alındı.
Görüşmelerin sonunda taraflar, gelecekteki iş birliği alanlarını belirleyerek bu doğrultuda ortak girişimlerin daha yoğun şekilde sürdürülmesinin önemini dile getirdi.
Toplantının sonunda Prof. Dr. Güven Arıklı, eş yazarı olduğu “Türk Bir’den Türk Birliği’ne” adlı kitabını Azer Allahveranov’a hediye etti.











0 Yorumlar