Bu barədə mərhumun ailə üzvləri məlumat verib.
O, Hərbi Memorial Məzarlıqda dəfn olunacaq.
Qeyd edək ki, Milli Qəhrəmanın cənazəsi bu gün axşam Bakıya gətiriləcək.
Xatırladaq ki, əslən Şuşadan olan Şahin Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub. O, 2001-ci ildə Azərbaycanı tərk edərək Avropaya köçüb. Şahin Tağıyev İsveçdə qocalar evində uzun sürən xəstəlikdən sonra vəfat edib.



0 Yorumlar