Bu gün Daşaltı Şəhidlərinin 34-cü ildönümü ilə əlaqədar onların əziz xatirəsini yad etmək üçün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, həmçinin AVMVİB-in Bakı və Bakıətrafı rayon şöbə sədrləri və üzvlərinin iştirakı ilə Şəhidlər Xiyabanı ziyarət olunmuşdur. Ziyarət çərçivəsində Daşaltı əməliyyatında şəhid olmuş qəhrəman Vətən oğullarının məzarları gül-çimək dəstələri düzülmüş, Daşaltı Şəhidlərinin adları həkk olunan abidənin önünə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin kollektivi adından əklil qoyulmuş, bütün şəhidlərimizin ruhuna dualar oxunmuşdur
Daşaltı əməliyyatı — Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyat.
1992-ci il 25 yanvarda axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilmə əməliyyatına sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib.
Allah qəhrəman şəhidlərimizə rəhmət eləsin!
Daşaltı əməliyyatında şəhid olan qəhrəman Azərbaycan oğullarının siyahısı:
1. Abbasov Məhərrəm Abbas oğlu
2. Abdullayev Azad Yasir oğlu
3. Abdullayev Nurəli Hacıbala oğlu
4. Abdullayev Ramin Həbib oğlu
5. Abutalıbov Eyvaz Cəmil oğlu
6. Ağayev Rafiq Qəzənfər oğlu
7. Ağayev Yusif Balasər oğlu
8. Bayramov Kamil Canbala oğlu
9. Bayramov Orxan Rauf oğlu
10. Bayramov Vaqif Pirəli oğlu
11. Bünyadzadə Ərəstün Mehdi oğlu
12. Camalov Elman Hüseyn oğlu
13. Cavadov Abbas Şəms oğlu
14. Cəbrailov Həmid Yaşar oğlu
15. Cəfərov Zaur Firuddin oğlu
16. Dremaçon Vladimir Vasiliyeviç
17. Əhmədov İmamqulu Soltan oğlu
18. Əhmədov Riyad Fikrət oğlu
19. Ələkbərov Arzu Bəhram oğlu
20. Ələkbərov Zahid Vəliş oğlu
21. Əlicanov Baxış Məmməd oğlu
22. Əliyev Ağabala Mirzəbala oğlu
23. Əliyev Bəkir İsa oğlu
24. Əliyev Hidayət Məcid oğlu
25. Əlizadə Faiq Əbdülhüseyn oğlu
26. Əmirov Rəfail Mənsur oğlu
27. Fətullayev Abbas Ağahüseyn oğlu
28. Hacıbabayev Tofiq Arif oğlu
29. Həsənquliyev Şirindil Cavad oğlu
30. Həsənov Oleq Xasay oğlu
31. Həsənov Sədrəddin Qardaşxan oğlu
32. Həsənov Sərxan Altay oğlu
33. Həşimov Pərviz Varaşil oğlu
34. Hüseynov Gülverdi Ağahüseyn oğlu
35. Hüseynov Ramiz Allahverdi oğlu
36. Hüseynov Telman
37. Xəlilov Rövşən Allahverdi oğlu
38. Xudayev Çingiz Elman oğlu
39. Xudayev Füzuli Cəmil oğlu
40. İbadov Şirzad Cavanşir oğlu
41. İbrahimov Cavanşir Zeynal oğlu
42. İsgəndərov Əliyar Hüseyn oğlu
43. İsmayılov Elxan Nazim oğlu
44. Kərimov Elxan Sunbay oğlu
45. Qasımov Sərxan Lətif oğlu
46. Qasımov Veysəl Qasım oğlu
47. Qədiməliyev Nizami Gülməmməd oğlu
48. Qədirov Taleh Ələkbər oğlu
49. Qəhrəmanov Qəhrəman Qaçay oğlu
50. Qiyasov İlqar Əsgər oğlu
51. Quliyev Məhəmməd Fərrux oğlu
52. Quliyev Oqtay Gülməmməd oğlu
53. Qurbanov Nofəl Nəriman oğlu
54. Malikov Amil Əliheydər oğlu
55. Mehtiyev Nazim Əli oğlu
56. Məhərrəmov Nazim Tofiq oğlu
57. Məmmədov Habil Qabil oğlu
58. Məmmədov Elmar İnqilab oğlu
59. Məmmədov Mahir Arif oğlu
60. Məmmədov Müşfiq Yusif oğlu
61. Mikayılov Baba Bilikişi oğlu
62. Mirzəyev Rizvan Bilal oğlu
63. Musayev Vaqif Dursun oğlu
64. Mustafayev Sabir İslam oğlu
65. Namazov Azər Rəhim oğlu
66. Nəcəfov Rəhman Hacı oğlu
67. Nəcəfov Rövşən Hacı oğlu
68. Nəsirov Arif Əmiraslan oğlu
69. Nəsirov Zahid Rafael
70. Niftalıyev Adil Kamal oğlu
71. Nuriyev Rafiq Əli oğlu
72. Piriyev Ehtiram Bayram oğlu
73. Rəsulov Atəş Hacı oğlu
74. Rüstəmov Azad Bala oğlu
75. Rüstəmov Sabir Gəray oğlu
76. Səfərov Rövşən Qiyas oğlu
77. Səfərov Şahverdi Bəhlul oğlu
78. Soltanov Kazım Hacı oğlu
79. Şamilov Sərraf Bakir oğlu
80. Şirinov Elcan
81. Tahirov Əlövsət Kamran oğlu
82. Tahirov Vaqif Sabir oğlu
83. Vəlicanlı Süleyman Məbud oğlu
84. Zeynalov Sahib Əliheydər oğlu
85. Zülalov İsfəndiyar Adil oğlu
İlham Rəsulzadə

















0 Yorumlar