Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hacqabil, və Binəqədi rayonlarında yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə,Daxili Qoşunların Baş İdarəsində isə xidmət rəisi vəzifəsində Vətənə və xalqa sədaqətlə xidmət edən polkovnik Ələddin Lətif oğlu Dəmirçiyevin anasının 3/7 mərasimi 9 yanvar 2026-cı il tarixdə Bakı şəhəri Binəqədi rayonu “Heydər” məscidində keçiriləcək.
Mərasim saat 11:00- da başlayıb saat 16: 00 kimi davam edəcək.
Qeyd edək ki,polkovnik Ələddin Lətif oğlu Dəmirçiyevin anası 3 yanvar 2026- cı il tarixdə Bakı şəhərində vəfat edib.
Bir daha Daxili Qoşunların komandanlığı və şəxsi heyəti, Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (hərbi vəzifələri) Ələddin Dəmirciyevə anasının vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharubə veteranı peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev



0 Yorumlar