Daxili İşlər Nazirliyinin islah- əmək müəssisələrində və Daxili Qoşunlarında özünəməxsus xidmətləri, yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, işgüzarlığı, xeyirxah əməlləri, öz alicənablığı, təvazökarlığı, mədəniyyəti və səmimiliyi ilə saylıb secilən gözəl insan kardan biri olan, Azərbaycan Respublikasının Silahlı qüvvələri və müharibə veteranı, peşəkar və təcrübəli hüquqşünas, hər zaman xatirələrdə yaşayacaq polkovnik Sabir Aşurovun 12 dekabr anadan olmasının 70-ci ildönümüdür. 

Xatırladaq kı, unudulmaz polkovnik Aşırov Sabir Məcid oğlu 2020-ci ilin iyul ayının 18 -də Bakı şəhərində 64 yaşında vəfat etmişdir.

Vətənpərvər, sağlam düşüncəli,dövlətimizə və dövlətçiliyimizə həmişə sadiq olmuş polkovnik Aşurov Sabir Məcid oğlu 1955-ci ilin dekabr ayının 17-də Qədim Borcalı mahalının (indiki Gürcüstan Respubilkasının) Bolnis rayonunun Faxralı kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur.

Sabir Aşurov 1974 -cü ildə Gürcüstan Respubilkasının Bolnisi rayonunun Faxralı kəndində orta məktəbi,1978 -ci ildə isə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

1975- 1977 -ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. 1983-1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Gürcüstan Respubilkasının Saqaredjo rayonunda və Rustavi şəhərində yerləşən islah- əmək müəsissələrində dəstə rəisi vəzifələrində işləmişdir.

1992- 2007-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Kadırlar və İşlər İdarələrinin rəisi, Daxili Qoşunların Qaradağ rayonunda yerləşən hərbi hissədə hərbi hissə komandirinin (hərbi hospital rəisinin) döyüş hazırlığı üzrə müavini,Daxili Qoşunların Baş İdarəsininn doyüş hazırlığı idarəsində baş zabit, beynalxalq hərbi əməkdaşlıq şöbəsində baş zabit və həmin şöbənin rəisi vəzifələrində Millətə, dövlətə, vətənə və xalqa sədəqətlə xidmət etmişdir.

Sabir Aşurov 2000- 2006-cı illərdə xidməti işlə əlaqadər bir sıra xariçi ölkələrdə ( Türkiyə, ABŞ, Ruminya) Jandarma təşkilatlarınının Beynəlxalq konfranslarında iştirak etmişdir.Türkiyə və İspaniya Jandarm təşkilatları ilə əməkdaşlıq əlaqələrinin yaradılmasında və bu əlaqənin inkişaf etdirilməsində xüsusi fəallığı ilə secilmişdir.

1992-1994- cü illərdə Azərbaycan Respubilkasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edərək üzərinə düşən vəzifə və tapşırıqları şərəflə yerinə Azərbaycan Respublikasının müharibə veteranı idi.

Polkovnik Sabir Aşurovun fədakar xidməti diqqətdən kənarda qalmamışdır. O, Daxili İşlər Orqanlarda və DİN-in Daxili Qoşunlarında calışdığı müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin, edilməsində, Azərbaycan Respublikasında ictimai qaydanı və ictimai təhlükəsizliyin qorunmasında fərqləndiyinə və şücaət göstərdiyinə, eləcə də hərbi borcu, xidməti vəzifələrini yerinə yetirərkən qusursuz və nümunəvi xidmətlərinə görə Daxili İşlər Nazirinin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, döyüş hazırlığı İdarə rəisinin, hərbi hissə komandirinin, islah -əmək müəsissə rəislərinin müvafiq əmirləri ilə əlacı və yubiley döş nişanları ilə təltif olunmuş, dəfələrlə fəxri fərmanlarla , diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırlmış,ona təşəkkur elan edilmiş və aşağıdakı medallarlarla təltif olunmuşdur.

1.“Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı” medalı ilə;

2. “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;

3. “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə - Xidmətdə 20 təqvim xidmətə görə;

4 .“ Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə -Xidmətdə 15 təqvim ili xidmətə görə;

5. “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə - Xidmətdə 10 təqvim ili xidmətə 


Allah rəhmət etsin!

Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev