18 dekabr 2025-ci il tarixində dəyərli və gözəl insan, bütün əməyini və zəhmətini hərbi xidmətə sərf edərək, bacardıgı qədər Daxili İşlər Nazirliyinin və Daxili Qoşunlarının təqaüddə olan insanları (hərbi vəzifəliləri) bir qrupa toplayan, hazırda zabitlər qrupun inzibatcısı, hörmətli polkovnik Salman müəllimin anadan oldugu gündür. 18 dekabr 2025- ci il tarixində "66" yaşı tamam olur.
Azərbaycan Respublikasının Silahlı qüvvələr veteranı və müharibə veteranı polkovnik Salman Calal oglu Musayev 1959-cu ilin dekabrın ayının 18-də qədim Borçalı mahalında, Gürcüstan Respublikasının Bolnisi rayonunun Seneb (Sənəf ) kəndində anadan olub.
1978- 1980-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə olub.
1984-cü ildə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Leninqrad şəhərində yerləşən Ali hərbi-siyasi məktəbini uğurla başa vurub.
2001 -cı ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə ilə bitirib.
Bir müddət SSRİ Daxili Qoşunların Tbilisi və Kutaisi şəhərlərində yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət edib.
1991-ci ildə Daxili Qoşunların Naxçıvan Muxtar Respublikasında yerləşən xüsusi motorlaşdırılmış milis hərbi hissəsində xidmətini davam etdirib.
1992-ci ildən artıq müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən hərbi hissəsində döyüş hazırlığı və mənəvi psixoloji hazırlıq qrupun rəisi vəzifəsində xidmət edib.
Həmin ilin ortalarında isə Əli Bayramlı (indiki Şirvan) şəhərində yerləşən hərbi hissədə tədris üzrə alay komandirinin birinci müavini və tədris üzrə alay komandiri vəzifələrində xidmət edib.
1993-cü ildən 1999-cü ilə qədər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Döyüş Hazırlığı İdarəsinin Rəisi, 2000-2009 -cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin İnispeksiya Rəisi vəzifələrində xidmət edib.
Eyni zamanda polkovnik- Salman Musayev 1993-2004-ci illərdə Daxili Qoşunlar komandanının birinci müavini vəzifəsini ləyaqətlə icra edib.
Öz xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə polkovnik Musayev Salman Calal oglu Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli fərmanı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Salman Musayev Daxil Qoşunların Baş İdarəsində müxtəlif vəzifələrdə xidmət etdiyi müddət ərzində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının zabitlər şurasının, metodiki şüranın, hüquqi- normativ sənədlərin hazırlanması üzrə işçi qrupun, mənzil-məişəti, attestasiya komissiyasının və idman komitəsinin sədri kimi ictimai vəzifələri yerinə yetirib.
2009-cu ilin may ayında xidmətini başa vuraraq yaşa görə ehtiyata buraxılıb.
Hazırda dövlət qulluğundadır.Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi məsələlər üzrə müavinidir.
Salman müəllim məhz,Sizin böyük əməyiniz sayənizdə bu gün təqaüddə olan hərbi vəzifəlilər (zabit və gizirlər) hələ də aralarında olan mehriban hissləri, keçmiş müsbət xatirələri yaşadaraq, bir-birilərinin müxtəlif tədbirlərində təmannasız olaraq iştirak edirlər.
Sizin bu zəhmətləriniz sayəsində qrupumuzun üzvləri özlərinə aid olan müxtəlif mənalı məlumatlarla tanış olurlar.
Bir çox hallarda insanların bir-birilərini müxtəlif tədbirlərdə görmələri, onların sevinc hisslərinə səbəb olur, üzləri gülür və ömürləri uzanır.
Bu cür hallar nəticədə, hamımızda yüksək əhval-ruhiyyə və saglam münasibətlər yaradır.
Dəyərli və gözəl insan Salman müəllim, Sizi ad gününüz və "66" yaşınız münasibətilə ürəkdən təbrik edirəm, sizə möhkəm cansaglıgı,uzun ömür, fəaliyyətilərinizdə uğurlar arzulayıram!
Dərin hörmətlə və səmimiyyətlə: Azərbaycan Respublikasının müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik - leytenant Bəxtiyar Xasay oglu Həsənov.









0 Yorumlar