Daxili İşlər Nazirliyi (DİN-im) Daxili Qoşunların həyatında özünəməxsus xidmətləri olan, yüksək peşəkarlığı, humanistliyi, nəzəri və praktiki biliyi, işgüzarlığı, insanlara qarşı xeyirxahlığı, qayğıkeşliyi, vətənpərvərliyi, iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 21 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirmiş - ehtiyatda olan polkovnik- leyten ant Yusubov Zaur Yusub oğlunun dekabr ayının 24- də dünyaya göz acdığı xoş bir gündür.

 

 Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan, peşəkar və təcrübəli baş zabit- ehtiyatda olan polkovnik- leytenant Yusubov Zaur Yusub oğlunu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri və Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yolarinda bitib - tükənməyən nailiy şyətlər arzu edir.Zaur yaşının üstə gələn bu yeni yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə dahada xoş keçsin.

    

  Polkovnik- leytena nt Yusubov Zaur Yusub oğlu 1980-ci ildə Gürcüstan Respublikasının Bolnis rayonununda zəhmətkeş bir ailədə anadan olub.

   

1988-ci ildə Bolnis rayonunda 1-ci sinifi, 1995 -ci ildə Bakı şəhərində 8-ci sinifi, 1998-ci ildə Çəmşid Naxçıvanski adına hərbi liseyi, 2002-ci ildə Heydər Əliyev Adına Ali hərbi məktəbi, 2003-cü ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi məktəbini (Daxili Qoşunların ixtisas üzrə), 2013-cü ildə isə Türkiyə Silahlı Qüvvələrin Hərbi Akademiyasını bitir ib. Yusubov Zaur Yusub oğlu DİN-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, Xüsusi təyinatlı Dəstlərin hazırlığı üzrə Türkiyə, İsrail, Amerika, Rusiya və Çin dövlətlərində müvafiq kurslarda, Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində kecirlən bir çox təlim- metodiki toplanışlarda, xüsusi-taktiki təlimlərdə, komanda- qərgah məşqlərində,seminar və konfranslarda, bir sıra Xarici ölkələrdə və Belarusiya Respublikasında keçirlən Xüsusi təyinatlı Dəstlərin hazırlığı uzrə yarışmalarda fəal iştirak edib. 

      

  Ehtiyatda olan polkovnik- leytena nt Yusubov Zaur Yusub oğlu 2003-2016 -cı illərdə Daxili Qoşunların Baş İdarəsinin Gəncə şəhərində, Binəqədi və Xətai rayonlarında yerləşən hərbi hissələrin Xüsusi Təyinatlı Dətəsində qrup komandiri, Xüsusi Təyinatlı Dəstə komandirinin müavini, Xüsusi Təyinatlı Dəstənin komandiri, Daxili Qoşunların Bas İdarəsinin Kəşfiyyat şöbəsində Qoşun və Əməliyyat Kəşfiyyatı bölməsinin rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir. Hərbi təcürbə mübadiləsi əldə etmək üçün bir sıra xarici ölkələrin Jandarma Qüvvələrində və Kırğıstan Respubli kasının Daxili Qoşunların Bas İdarəsində və Xüsusi təyinatlı hərbi hissələrində işgüzar səfərdı olmuşdur .

  

  O, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidm ət etdiyiillər ərzində, Azərbaycan Respu blikasının Konstitu siyasına və qanunlarına əməl etməkdə, Hərbi Andin, hərbi və döyüş xidməti nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcədə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffə-qiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

    

Zaur DİN-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. 

 

 Zaur işlədiyi və oxuduğu təhsil müəssisələrində, ya şadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümnə olmuşdur.

   

  Polkovnik leytenant Zaur Yusubov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapər vər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəs-sisələrində, istərsədə xidmət etdiyi və işlədiyi mühütdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

   

 Zaur Azərbaycan Respublikasında şəhərdə, yaşayış məntəqələrində və kütləvi- tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın və ictimai təhlükəsiz liyin qorunmasnda, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasın da, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanun suz silahlı dəstələrin axtarışında və zərər sizləşdirilməsində, qəzalar,bədbəxt hadisələr, yanğınlar,təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında, dövlət in ərazi bütöv lüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliy yət və şərəf hissi ilə yerınə yetirmişdir.

    

 Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri göstər-diyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəm ləndirilməsində yüksək göstəricilərə nail olduğuna, hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,Azərbaycan Respublikasının və bir sıra xarici ölkələrin hərbi lisey, ali hərbi məktəb, təlim-tədris mərkəz və zabitlərin təhkimləşdirmə kurs rəislərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əlacı, yubley və müvafiq idman dərəcəsi döş nişanları ilə təltif olunub, dəfələrlə fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə (pul mükafatları ilə) mükaf atlandırlıb, Zaura vaxtından əvvəl "kapitan" və "polkovnik-leytenat” hərbi rütbələri verlib və təşəkkür elan edilib.

    

  Yusubov Zaur Yusub oğlu xidmət də fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirin müvaiq əmrləri ilə aşağıdakı medallarlarla təltif olunub:


1."Qüsursuz xidmətə görə" 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə;


2."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10-illiyi, 90-illiyi və 95-illiyi” yubiley medalları ilə. 

   

  Polkovnik- leytenant Yusubov Zaur Yusub oğlu, Hərbi xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və digər xidmətlərə görə görə Azərbaycan Respublikası Prezidentının 09 mart 2007-ci tarixli 2019 nömrəli sərəncamına əsasən "İGİDLIYƏ GÖRƏ" medalı ilə təltif edilib.

  

  Daxili Qoşunlardan Silahlı Qüvvələrdən ehtiyata buraxldıqdan sonra Yusubov Zaur Yusub oğlu Xüsusi Mühüm Obyektlərin Mühafizəsi İdarəsində inspeksiyanın rəisi işləyir


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ZAUR MÜƏLLİM!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev