Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etmiş, peşəkarlığı, sadəliyi, səmimiyyəti, səmərəli fəaliyyəti, iradi və mənəvi keyfiyyətləri ilə seçilən, antiterror əməliyyatlarının iştirakçısı, ehtiyada olan mayor Məmmədov Zamiq Baxış oğlunun dekabr ayının 11-də dünya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, Azərbaycan Respublikasının müharibə veteranı- ehtiyatda olan mayor Məmmədov Zamiq Baxış oğlunu doğum günü münasibətilə Daxli İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Zamiq qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Mayor Məmmədov Zamiq Baxış oğlu 1981- ci ilin dekabr ayının 11- də Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub.
1999 - ci ildə Bakı şəhəri Səbail rayonu 160 nömrəli Klassik Gimnaziya məktəbini, 2010-cu ildə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının orta ixtisas hərbi məktəbini bitirib.
Zamiq Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox təlim- metodiki toplanışlarda, nümunəvi -göstərici məşğələlərdə, xüsusi- taktiki təlimlərdə, komanda qərargah məşqilərində, ixtisasartırma kurslarında, seminar və konfranslarda fəal iştirak edib.
2000 - 2001- ci illərdə Dövlət Sərhəd Xidmətində müddətli həqiqi hərbi xidmətə olub.
2006 -2025- ci illərdə DİN-in Daxili Qoşunlarının hərbi hissərində müxtəlif vəzifələrdə Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.19-20 sentyabr 2023 il tarixlərində keçirilmiş antiterror əməliyyatları zamanı üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Zamiq hazırda ARAZ SUPER STORDA müdür müavini işləyir.
Məmmədov Zamiq Baxış oğlu qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövlət əhəmiyyətli obyektlərin və hərbi təchizat anbarların mühafizəsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, antiterror əməliyyatlar, bədbəxt hadisələr, yanğınlar, qəzalar, təbii fəlakətlər və başqa fövqaladə hallar, habelə fövqalədə vəziyyət və komendat saatı zamanı hüquqi rejim tədbirlərin həyata keçirilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi və iş yoldaşları Zamiq Məmmədov vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqçu kimi Məmmədov Zamiq Baxış oğlu istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
Zamiq Məmmədov Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar komandanın və onun müavinlərinin, hərbi hissə komandirin müvafiq əmrləri ilə əlacı və yibiley döş nişanları ilə təltif olunub, dəfələrlə fərmanlarla,diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan olunub və aşağıdakı medallar ilə təltif edilib:
1.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi (1918- 2013)” yubiley medalı ilə;
2.“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
3.“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə -Silahlı qüvvələrdə 15 təqvim ili xidmətə görə;
4.“Qüsursuz xidmətə görə” 3-ci dərəcəli medal ilə -Silahlı qüvvələrdə 20 təqvim xidmətə görə .
Antiterror əməliyyatlarında iştirak etərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə
“Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub .
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ZAMİQ!!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN,
BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Reslubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev



0 Yorumlar