Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının tibb xidmətində şərəfli hərbi xidmət yolu keçmiş, tanımış peşəkar və təcrübəli terapevt -kardioloq həkim, istefada olan tibb xidməti mayoru Yanbulatov Ruslan İsgəndər oğlunun dekabr ayının 6-da dünyaya göz açdığı gündür.


 Yanbulatov Ruslan İsgəndər oğlu 1962 - ci ilin dekabr ayının 6-da Azərbaycan Respublikasının Qaradağ rayonunun Qobustan qəsəbəsində zəhmətkeş bir ailədə anadan olub.


  Daxili İşlər Nazirliyi Daxili Qoşunlaınrda Vətənə, dövlətə, xalqa sədaqətlə xidmət etmiş,daimi həyatın bütün cətinliklərindən üzüağ və alınıaçıq çıxan Ruslan İsgəndər oğlu Yanbulatov 1979- cu ildə Qarabağ rayonun Qobustan qəsəbə orta məktəbi, 1997 - cı ildə Azərbaycan Dövlət Tibb Universitetinin 2 -ci müalicə-profilaktika fakultəsini bitrmişdir. Ruslan həkim vaxtaşırı terapevt -kardiologiya mövzusunda Beynəlxalq xalq və yerli Elmi -praktiki konfranslarda, seminar və ixtisasartırma kurslarında olub.


Ruslan həkim Tibb Universitetini bitirdikdən sonra təyinatla öz ixtisası üzrə 1998-1990-ci illərdə Salyan rayonun Mərkəzi Xəstəxanasında,1990-1992-ci illərdə isə Qaradağ rayonun Sahil qəsəbəsində yerləşən xəstəxanada çalışmışdır.


 Əsil vətəndaşlıq mövqeyi ilə secilən, xeyirxah insan,əhatəsində olan insanların,döyüşcü və iş yoldaşlarının hörmətini qazanan,dostlarına, iş yoldaşlarına və yaxın qohumlarına isti münasibətdə olan, Azərbaycan Respublikasının müharibə veteranı, tibb xidməti mayoru Ruslan Yanbulatov 1993- 2003 – cü illərdə DİN-in Daxili Qoşunlarının hərbi hospitalının terapiya şöbəsində şöbə rəisi vəzifələrində xidmət etmişdir. Hal -hazırda Kanadada özəl tibb müəssisələrinin birində çalışır.

    

Heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dilli ilə hər kəslə doğmalıq yaradan, tibb xidməti mayoru Ruslan Yanbulatov DİN-in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin, hərbi hospital haqqında əsasnamənin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daima nümunə olmuş, Hippokrat andına isə həmişə sadiq qalmışdır.


Qanunvericilikilə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına və hərbi hospitalına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində Ruslan həkim üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.


Azərbaycan Reslubilkasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmiş, neçə - neçə xəstə və yaralının müalicə ovunmasında gərgin əməyi olmuşdur.Ruslan həkim Azərbaycan Respublikasının müharibə veteranıdır.


Ruslan Yanbulatov DİN-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “Qartal-1 və “Qartal -95 futbol komandalarının oyuncusu olmışdlr. O, Daxili Qoşunlarının futbol, yüngül atletika və çoxnövçülük üzrə yığma komandalarının üzvü olaraq, keçirilən bir çox idman yarışlarında dəfələrlə yüksək nəticələr əldə etmişdir.

    

Öz xidməti vəzifələrini və hərbi hissə (hərbi hospital) qarşısında qoyulmuş tapşırıqları yernə yeturərkən fəriqləndiyinə eləcə də Daxili Qoşunlarda idman sahəsində göstərdiyi uğurlara görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının İdman komitəsinin sədrinin, hərbi hissə komandirinin (hərbi hospital rəisinin) müvafiq əmrləri ilə dəfələrlə fərmanlarla, qiymətli hədiyyələrlə,əlacı, yubiley və müvafiq idman dərəcəsi döş nişanları ilə mükafatlandırlmış, ona təşəkkür elan edilmiş və aşağıdakı medallarlarla təltif edilmişdir.


1.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;

 

2.“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.


Daxili İşlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri, DİN-in Daxili Qoşunlarının ehtyatda və istefada olan zabitləri, (tibb işçiləri) tibb xidməti mayoru 

Yanbulatov Ruslan İsgəndər oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir,bundan sonra da Ruslan həkimə insan üçün həyatda ən ümdə olan möhkəm can sağlığı, mənalı uzun ömür, tükənməz həyat eşqi və fəaliyyətində yeni uğurlar arzulayır.


RUSLAN HƏKİM DOĞUM GÜNÜNÜZ MÜBARƏK OLSUN!


Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev