Yüksək peşəkarlığı, humanistliyi, vətənpərvərliyi, işgüzarlığı, dəqiqliyi, təmkinliyi,sadəliyi, səmimiyyəti, iradı və mənəvi keyfiyyəti ilə seçilən, ömrünün  ən məhsuldar dövrünün 31 ildən çox şərəfli xidməti yolununun iyirmi iki ilini hərbi xidmətdə, doqquz ilini isə  Sumqayıt şəhər polis idarəsində  keçirmiş, ehtiyatda olan polkovnik Mirzəyev Eldəniz Fariz oğlunun  dekabr ayının 15 – də dünyaya göz açdığı gündür. 


Daimi həyatın  bütün çətinliklərindən alnıaçıq və üzüağ çıxan ehtiyatda olan  polis polkovniki  Eldəniz Mirzəyevi doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri DİN-İN zabitlər birliyinin üzvləri, DİN-in Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarında bitib- tükənməyən nailiyyətlər  arzu edirlər. Eldəniz yaşının üstə gələn bu yeni yaşda sizə. sevinc dolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə xoş keçsin.

    

 Polkovnik Mirzəyev Eldəniz Fariz oğlu 15 dekabr 1971-ci ildə Xankəndi şəhərində anadan olub.  Eldəniz Milli Qəhrəman (şəhid) polkovnik- leytenant Mirzəyev Şirin Vəli oğlunun qardaşı oğludur. Mirzəyev Eldənizin qardaşı Mübariz Mirzəyev  1992-ci ilin iyul ayında Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  qəhrəmancasına şəhid olub .

Eldəniz,1988-ci ildə Xankəndi şəhərində orta məktəbi, 1994 -cü ildə isə  Simferopol  ali hərbi siyası inşatçılar məktəbini bitirib. Eldəniz Mirzəyev Daxili Qoşunlarda və Sumqayıt şəhər polis idarəsində xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Baş İdarəsində, Daxili Qoşunların hərbi hissələrində və DİN-in Sumqayıt polis İdarəsində keçirilən bir çox təlim-metodiki toplanışlarda, komanda – qərargah məşqlərində, müvafiq kurslarda, xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir.

Polkovnik Mirzəyev Eldəniz Fariz oğlu  1989-1990 ci illərdə Sovet ordusunun Xabarovsk (diyarında) şəhərində  yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub. 

1994-2011 -ci ilərdə DİN-in Daxili Qoşunların Baş İdarəsinin  maddi - texniki təminat idarəsində xidmət rəisi, Daxili Qoşunların Bas İdarəsinin Nərimanov və Lənkəran şəhərlərində yerləşən hərbi hissələrində hərbi hissə komandirinin maddi- texniki  təminat xidməti üzrə  müavini, Daxili Qoşunların Nərimanov rayonunda yerləşən hərbi hissələrindən birinin komandiri , 2011- 2020 - ci illərdə isə Sumqayıt şəhər polis İdarəsində əlahiddə post- patrul  xidməti taborunun komandiri vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.

 Eldəniz Mirzəyev DİN-in   Daxili Qoşunlarda  və Sumqayıt şəhər polis İdarəsində xidmət etdiyi illər ərzində  hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə aparmış və daima qələbə qazanmışdır. Bü insan üçün  ən meyar, başlıca qürurunu saxlamaqdan ibarət olub. O,harda xidmət etməsinə baxmayaraq öz xidməti vəzifəsini layiqincə yerinə yetirmiş, qanunun tələblərinin ədələtlə tətbiq edilməsində həmişə pirinspial mövqe tutmuşdur.

Mirzəyev Eldəniz Fariz oğlu, həmişə ləyaqətinin, şərəfinin, işgüzar fəaliyyətinin toxunmazlığnı gözləmiş, nüfuzunu qorumuş vüqarını daima yüksək saxlayaraq, alını açıq və başı uca gəzmişdir. Xalqa, elə obaya, dövlətə xidmət, özüdə etdiklərini  sinəsi el-oba qatqılı, vətən qüdrətli öz fəaliyyətini göstərmişdir.

  Eldəniz Mirzəyev   Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında və Sumqayıt şəhər polis idarəsində  rəhbər vəzifələrdə xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi (Polis) andının, hərbi,daxili işlər nazirliyin post -patrul,daxili qoşunların isə döyüş xidməti nizamnamələrin,əmir və sərancamların tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində, öz tabeliyində olan hərbi qulluqçulara və  polis əməkdaşlarına şəxsi nümünə olmuşdur.

Polkovnik Mirzəyev Eldəniz Fariz oğlu  DİN-in Daxili Qoşunlarda və Sumqayıt şəhər polis idarəsində xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi göstərmişdir.O, istər   anadan olduğu və yaşadığı ərazidə,  istərsə də oxuduğu orta  və ali hərbi məktəbdə, istərsə də işlədiyi və xidmət etdiyi kollektivlərdə, dost -tanış, qohum  -əqraba arasında özünə layiq hörmət qazanmışdır.

  Eldəniz Mirzəyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdu.

 Fariz oğlu Eldəniz Mirzəyev  Daxili Qoşunlarda və Sumqayıt şəhər polis idarəsində xidmət etdiyi illər ərzində  bir çox peşəkar zabitlərin, gizır və müddətdən artıq xidmət edən hərbi qulluqçuların, sıravi və kiçik rəis heyətinin (polis əməkdaşlarının) yetişməsində, Daxili Qoşunların hərbi hissə və əlahiddə  bölmələrində  isə maddi -texniki  təminat xidmətlərinə həvala edilmis vəzifələrin layiqincə  yerinə yetirilməsində xüsusi əməyi olmuşdur. O,təqaüdə çıxdıqdan sonra da  şəxsi heyətin  hərbi-vətənpərvərlik tərbiyəsində  və peşəkarlığının artırılmasında  öz bilik və baçarığnı onlardan  əsirgəmir.

  E.Mirzyev Qanunverciliklə müəyyən olunmuş qaydada daxili işlər orqanlarına və daxili qoşunlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsində, şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar,yanğınlar,bədbəxt hadisələr,təbii fəlakətıər və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərin həata kecirilmədində,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.

 Öz xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə görə  Azərbaycan Respublikasının  Daxili İşlər Nazirinin  müvaiq əmri ilə  Mirzəyev Eldəniz Fariz oğluna  mükafat qaydasında tütduğu vəzifədən bir pillə yuxarı  “polis polkovniki” rütbəsi verilib.

Hərbi və Polis xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüs  keyfiyyətləri göstərdiyinə görə, döyüş ( peşə) və ictimai sıyası hazırlığında, nizam və intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətininə görə polkovnik Eldəniz Mirzəyev   Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, təhsil aldıgı ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin və Sümqayıt Şəhər Polis İdarəsinin rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, yubiley və idman dərəcəsi döş nişanları ilə təltif olnub, bir çox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə  mükafatlandırlıb və ona  təşəkkür  elan edilib.

 Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə döyüş xidməti və döyüş növbəsində  xüsusi fəriqlənməyə görə, şücaət, fədakarlıq,  hərbi xidmət keçdiyi dövürdə digər xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:

 1. “Hərbi xidmətdə fəriqləndiyinə görə”- 3 – cü dərəcəli medal ilə;

2. “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

 3. “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim iıi xidmətə görə:

4. “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

 5.” Azərbaycan Respublikası Silahlı Qüvvələrinin   10-illiyi(1991-2001) “ yubiley medalı ilə;

6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 90-illiyi (1918-2008)” yubiley medaıı ilə.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN

ELDƏNİZ !


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

 

Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev