Daxili İşlər Orqanların həyatında öz dəst- xətti olan, yüksək peşəkarlığı, humanistliyi, ictimai işlərdə fədakarlıq göstən, dostlarına, yaxınlarına isti münasbətdə olan, heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili ilə hər kəsə doğmalıq münasibəti yaradan, dəqiqliyi, təmkinliyi, səmimiyyəti, dərin zəkası və sadəliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünü daxili işlər orqanlarında keçirmiş, ehtiyatda olan polis mayoru Məmmədəliyev Səyyad Telman oğlunun dekabr ayının 6-da dünyaya göz acdığı gündür
Bu əlamətdar gün münasibətilə, daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan, polis mayoru Səyyad Məmmədəliyevi 2001 -ci ildə Daxili İşlər Nazirliyin Polis Akademiyasını bitirmiş tələbə yoldaşları,onun doğmaları, əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarinda bitib -tükənməyən nailiyyətlər arzu edib deyirlər, Səyyad qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl, istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Əhatəsində olan insanların daimi hörmətini qazanmış Məmmədəliyev Səyyad Telman oğlu 6 dekabr 1971 -ci ildə Naxçıvan şəhərində zəhmətkeş bir ailədə anadan olub.
1989- cu ildə Naxçıvan şəhər Dəmir yolu 39 nömrəli orta məktəbi, 2001 cü ildə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitrib. Səyyad Məmmədəliyev Daxili İşlər Orqanlarında xidmət etdiyi illər ərzində DİO- da keçirilən bir çox təlim- metodiki toplanışlarda, xüsusi- taktiki təlimlərdə, komanda - qərargah məşqlərində, seminar və konfraslarda fəal iştirak edib.
1990-1992 cü illərdə SSRİ Silahlı Qüvvələrinin Ximeltinski vilayətində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
S. Məmmədəliyev 1993 – 2012-ci illərdə Azərbaycan Respubilkasının Daxili İşlər Nazirliyinin Naxcvan Muxtar Respubilkasında yerləşən, xüsusi təyinatlı polis dəstəsində, rayon polis şöbələrində və sıravi və orta rəis heyəti hazırlayan məktəbdə müxtəlif vəzifələrdə Millətə,vətənə, xalqa və dövlətə sədaqətlə xidmət edib.
Mayor Məmmədəliyev Səyyad Telman oğlu DİN-in Daxili İşlər Orqanlarında xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı polis zabiti kımı göstərmişdir.O işlədiyi, oxuduğu orta məktəbdə, polis akademiyasında həmişə müsbət mənada seçilərək, başqaları üçün daimi nümunə olmuşdur.
S.Məmmədəliyev Daxili İşlər Orqanlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiy asına və qanunlarına əməl etməkdə, Polis Andın, DİN-in post - patrul xidməti nizamnaməsinin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti döyüş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox polis əməkdaşlarını fədakar xidmətə ruhlandırmışdır.
Səyyad Telman oğlu Məmmədəliyev Daxili işlər orqanlarında xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
O, Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Orqanlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında, zərərsiz ləşdiilməsində, fövqalədə hallar, habelə fövqalədə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında,dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Mayor Məmmədəliyev Səyyad Telman oğlu öz vəzifə borclarını və daxili işlər orqanları qarşısında qoyulmuş vəzifə və tapşırıqları yerinə yetirərkən fərqləndiyinə və xidmət keçdiyi dövrdə göstərdiyi digər xəbərlərə görə Daxili İşlər Naziri və onun müavinlərinin, şəhər və rayon polis idarə (şöbə) rəisinin, polis akademiya və polis məktəb rəislərinin müvafiq əmirləri ilə bir sıra medallarla, əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, dəfələrlə fəxri fərmanlarla, qiymətli hədiyyələrlə, diplomlarla mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN SƏYYAD
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı polkovnik Salman Musayev








0 Yorumlar